//Yuna “EXİT” filmi haqqında müsahibə verdi

Yuna “EXİT” filmi haqqında müsahibə verdi

 

İyul ayının 22-də müshaibə verən aktrisa Yuna (Yoona) “EXİT” filmindən bəhs edib. Xatırladaq ki, filmin sujet xətti haqqında buradan oxuya bilərsiniz. İlk başda aktrisa: “Hamı mənə filmin əla olduğunu deyir. Əlbəətdə ki, film haqqında rəy bildirməli olan insanlar siyahısında mən ən sonuncu şəxsəm. Bununla yanaşı hamının nəzərinə çatdıqmaq istərdim ki, bu mənim ilk qısa metrajlı  filmimdir. Filmdə bir aktrisa kimi özümdə çox səhv görürəm amma bütün bunlara baxmayaraq insanların filmi, bir aktrisa kimi məni, rolumu bəyənməsi məni çox sevindirir” sözlərini qeyd edib. Nəzərinizə çatdırmaq istərdim ki, filmin çəkilişləri zamanı hər iki baş qəhrəman köməkçi aktyordan istifadə etməməyə çalışıb. Bütün həyəcan dolu səhnələri özləri şəxsən canlandırıblar. Belə səhnələrdə gözəl görsənməmək qorxusu yaşayıb yaşamadığı haqqında aktrisa belə cavab verib: “İstənilən filmi hər saniyəsini dayandıraraq baxsaq hamı yaxşı görər ki, bütün filmlərdə belə hallar olur. Amma filmin rejissoru və çəkiliş heyyəti mənim belə daha yaxşı görsəndiyimi. Və əgər filmdəki roluma deyildə özümə vaxt ayırmış olsaydım bu qədər gözəl və təbii səhnələrin olmayacağını deyirlər”.  İdol fiziki səhnələrin nə qədər ağır olduğundan hətta bu səhnələrədən ağlamaq dərəcəsinə çatdığını belə izah edir: “Bəzən mən elə vəziyyətə düşürdüm ki, yeriyə bilmirdim. Bir neçə gün ard-arda biz, kəndirlər ilə, yoğun iplərə tutunaraq müəyyən məsafələr qaçmalı olurduq. Buna görə mən çox yorulurdum. Rejissor hansısa səhnənin çəkilməsi haqqında “çəkildi” deyəndə mən yorğunluqdan ağlamalı olurdum. Daha artıq və yenə də çəkilmək istəyirdim amma fiziki olaraq artıq bunu edə bilmirdim. Rol həmkarım Ço Conq Sokun (Cho Jung-Seok) mənə dəstəyi unudulmazdır. Hər addımda mən ona güvənirdim. O, mənə baxanda çox dözümlü idi. Ona baxaraq özümdə cəsarət toplayıb yenidən ayağa qalxırdım. Ən çətin səhnələrdə belə biz bir-bizimə güvənib, mükəmməl iş ortaya çıxartmağa çalışırdıq. Gülməli olan səhnələr çox idi, amma çətin olan, fiziki güc tələb edən səhnələr daha çox idi”. 

 

TAGS: