//Yun Kyon Sanqın, “Mr. Temporary” serialında rol oynayacağı dəqiqləşdi

Yun Kyon Sanqın, “Mr. Temporary” serialında rol oynayacağı dəqiqləşdi

Yun Kyon Sanq, OCN-in “Mister. Temporary” adlı yeni serialında kişi baş rol obrazını canlandıracaq.

Serial, cinayət törətdikdən sonra heç bir reaksiya ilə qarşılaşmayan gənclər ilə zərər çəkmişlərin ətrafında baş verir. Bir gün, bir müəllim ortaya çıxır və bu vəziyyətə göz yummur.
Yun Kyon Sanq serialda uğurlu bir vəkil olan Ki Mu Hyok obrazını canlandıracaq. Yalnız pulu düşünən birisdir. Bir gün, üstləndiyi bir məsələyə görə gözdən düşər. Nüfuzunu yenidən qazanmaq üçün bu cinayət işi ilə bağlı bir liseydə müvəqqəti müəllimlik etməyə başlayır. Əvvəllərdə öz mənfəəti üçün bu məktəbə gəlmiş olsa da, burada baş verən cinayətləri və bu cinayətlərin zərər çəkmişlərini gördükcə, zərər çəkmişləri qorumaq üçün qollarını çırmalayır.

Kım Se Rok serialda qadın baş rol xarakter olan Ha So Hyonu canlandıracaq. Ki Mu Hyo ilə eyni liseydə bədən tərbiyəsi müəllimi kimi fəaliyyət göstərir. Tələbələrinə qiymət verir və onları sevir. Ki Mu Hyok ilə birlikdə, tələbələrin gizlətdikləri sirrlərlə üzləşir. Eləcə də Ki Mu Hyoka qarşı romantik hisslər bəsləməyə başlayır.
Serialın rejissor kreslosunda “Doktor Frost” serialının rejissoru Sonq Yonq Il oturur.

Serialın ilk bölümü bu ilin iyul ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan