Yun Hyun Min və Ko Sanq Netflixin “Me Alona and You” (“I Holo You”) adlı yeni serialında baş rol obrazları canlandıracaq.
Serial, yalnız bir qadının süni zəka “Holo” ilə qarşılaşdıqdan sonra meydana gələn hadisələrdən bəhs edir.
Yun Hyun Min serialda Qo Nan Do və Holo olmaq üzrə iki fərqli obrazı canlandıracaq. Qo Nan Do xarakteri, bir IT araşdırma şirkətinin sahibidir. Belə bir ixtiraçı olan Nan Do şirkəti özü qurub və şirkətindəki hər bir layihəni öz əlləri ilə yaradıb. Holonun da yaradıcısıdır. Ancaq insanlar, 10 il əvvəl, böyük bir xaker olan Nan Donun öldüyünü güman edir. Onun yaşadığını, yalnız ögey bacısı və şirkətin rəsmi CEO-su bilir. Holo xarakteri, bir süni zəkadır.
Ko Sunq serialda bir eynək şirkətində direktor müavini olaraq çalışan Han So Yon obrazını canlandıracaq. Müştərilərlə diqqətlə maraqlanır və işlərini dəqiqliklə həll edir. Ancaq şəxsi həyat mövzu olduqda, yalnız yaşayır. İnsanların üzlərini bir-birindən ayırd edə bilmədiyi üçün hər zaman insanlarla arasına müəyyən bir məsafə qoyur.
Serialın rejissor kreslosunda “Mister. Baek “,” Kings Daughter, Soo Baek Hyang”, “Shopaholic Luis” və “Familiar Wife” seriallarının rejissoru Li Sanq Yob oturur. Serialın senaristliğini “Time Between Dog and Wolf”, “Liar Game” və “Pied Pirer” seriallarını qələmə alan Ryu Yonq Ce edir.
Serialının yayım tarixi haqqında hələ bir məlumat yoxdur.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020