//Yuk Sunq Ce, “Man Who Bakes Bread” serialı üçün cavabını verdi

Yuk Sunq Ce, “Man Who Bakes Bread” serialı üçün cavabını verdi

BTOB qrupundan Yuk Sunq Ce, tvN-nin “Man Who Bakes Bread” adlı yeni serialında rol oynamayacaq.

Martın 5-i, yayım heyəti, Yuk Sunq Cenin sözügedən serialdan gələn təklifi rədd etdiyini açıqladı. Bundan başqa, heyət, serialın planlaşdırıldığı kimi davam edəcəyini, serial heyətinin formalaşdırdıqlarını və serialın yayım heyətinə “SKY Castle” serialının çəkiliş heyətinin qatıldığını bildirib.

Bir webtoondan ilhamlanan dram, romantika, fantastika növündəki serial, insana çevrilən bir pişik və onun sahibi ətrafında baş verir.

Ötən ilin dekabr ayında, kişi baş rol obrazını canlandırması üçün Yuk Sunq Ceye təklif edildiyi açıqlanmışdı. Bununla yanaşı, Park In Bin və Sı Ci Huna da, serialda yer alması üçün təklif edildiyi məlum olub.

Serialın rejissor kreslosunda “100 Days My Prince” serialının rejissoru İ Conq Ce oturur. Serialın senaristliğini “Marriage Not Dating” və “Introvert Boss” seriallarını qələmə alan Cu Hva Mi edir.

Serialın ilk bölümü 2019-ci ilin, ilk yarısında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan