//Yuk Sonq Ce (Yook Sung-Jae) yeni bir serialda rol oynaya bilər

Yuk Sonq Ce (Yook Sung-Jae) yeni bir serialda rol oynaya bilər

BTOB qrupundan Yuk Sonq Ce (Yook Sung-Jae) JTBC-nin “Ssang Gap Pocha” adlı yeni serialında baş rol xarakterini canlandıracaq.

26 apreldə, JTBC-nin bir üzvü, Yuk Sonq Ceyə sözügedən serialı təklif edildiyini açıqlayıb.

Populyar bir webtoondan ilhamlanan serial, gecə gec saatlarda, baş verən sirli pocanqmaçadan (yemək səyyar dəzgahı) və burada baş verən hadisələrdən bəhs edir.

Sözügedən webtoon, “2017 Koreya Cizgi Roman Mükafatlarında Mükəmməllik Mükafatı” qazanıb.

Yuk Sonq Ce ən son 2016-cı ildə “Goblin” serialındada rol almışdı.

Serialının yayım tarixi hələ müəyyən olunmayıb.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan