//Yuçon(Yoochun) köhnə nişanlısı Hvanq Hanaya narkotik verdiyini rədd etdi və ayrıldıqdan bu günə onu narahat etdiyini açıqladı

Yuçon(Yoochun) köhnə nişanlısı Hvanq Hanaya narkotik verdiyini rədd etdi və ayrıldıqdan bu günə onu narahat etdiyini açıqladı

Yuçon, köhnə nişanlısı Hvanq Hanaya narkotik təklif etdiyini rədd etdi və keçən may ayında ayrılmaqlarına baxmayaraq hələ də onu narahat etdiyini bildirdi.

JYJ qrupunun şirkəti, daha əvvəl bir məşhurun ona narkotik verməyi təklif etdiyini və ya zorla aldığını iddia edən Hvanq Hananın dediklərinə qarşılıq olaraq medyanın iştirak etdiyi iclas keçirdi. 10 apreldə keçirilən iclasda Yuçon açıqlama verib :

”Salam. Mən Park Yuçonam. Bura gəlmədən qabaq bir çox fikir və narahatçılığım var idi. Çətin bir zaman idi. Ancaq cəsarət topladıqdan sonra bunu etməyi qərar aldım. Çünki, doğruları deməyin düzgün olduğunu düşündüm. Depressiya ilə bağlı müalicə alırdım. Bir müddətdir uzun araşdırmalar etdim və qanuni olaraq günahsız olduğum halda cəmiyyət tərəfindən utandırılaraq çətin bir zaman keçirdim. Təkrardan başlamağı düşündüm amma sonra ölməyi istədiyim düşüncələr məni iflic etdi. Özümü bağışlaya bilmədiyim vaxtlar oldu. Yatmırdım və içki içmirdim. Bir klinikada depressya ilə bağlı müalicə aldıqdan sonra dərman ataraq çətinliklə də olsa yuxuya gedirdim.

Heç narkotikdən istifadə etməmişəm. O qədər qorxmuşdum ki, Hvanq Hananın narkotik araşdırmaları ilə bağlı xəbərlərində ona bunu təklif edən məşhur olaraq adım hallanırdı. Heç istifadə etməyən biri olaraq narkotik istifadə edən birinə çevrildiyim üçün çox qorxdum. Nə qədər inkar etsəm də , şübhələrdən qaça bilmədiyim üçün qorxmuşdum. Araşdırılsamda bunu deməməli olduğumu düşündüm. Çünki narkotikdən istifadə etməmişəm.

Ayrılmağa qərar verdikdən sonra keçən ilin əvvəllərində Hvanq Hana ilə ayrıldım. Ayrıldıqdan sonra Hvanq Hana tərəfindən şantajlara məruz qaldım. Yenə də 2017-ci ildə mənim çətin vaxtlarımda yanımda qalan və bütün dünya mənə arxasını dönəndə mənimlə olduğuna görə onun üçün məyus oldum. Buna görə üzr istəyirəm. Ayrıldıqdan sonra belə, anidən mənimlə əlaqə quranda , şikayət etmək üçün evimə gələndə belə onu dinlədim. O vaxtlar sıxıntılı idim və yuxu dərmanı alaraq yatırdım. Hvanq Hananın da depressiya səbəbi ilə dərman aldığını bilirdim amma onunla heç bir əlaqəm yox idi.

Narkotik istifadəsi ya da qanunsuz narkotiklə bağlı mənim önümdə heç danışmayıb. Ayrıldıqdan sonra depressiyasının pisləşdiyini və mənə əsəbləşdiyini dedi. Həmçinin xəbərlər vasitəsi ilə xəbərləri öyrəndim. Çox təəccübləndim və kədərləndim. Ancaq heç narkotikdən istifadə etmədim və təklif etmədim. Hər gün özümü tənqid edirəm. Ağrılara dözürəm və təkrar hərəkət etmək , fəaliyyətlərə başlamaq üçün çalışıram. Narkotikdən istifadə etməyi düşünəcəyimi düşünmürəm belə.

Polisə gedəcəm və istintaqa qoşulacam. Bura çarəsiz bir ürəklə gəlmişəm. Çünki, şübhələrdən günahkar çıxsam bütün həyatım üçün haqsızlıq olar. Sadəcə məşhur Park Yu Çon olaraq əyləncə sənayəsindən ayrılacağım üçün deyil. Bura gəlib məni dinlədiyiniz üçün bütün səmimiyyətimlə təşəkkür edirəm.“

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova