//Yon Vu Cin, Kim Se Conq, Sonq Ce və Park Ci Yon yeni bir serialda birlikdə rol alacaq

Yon Vu Cin, Kim Se Conq, Sonq Ce və Park Ci Yon yeni bir serialda birlikdə rol alacaq

Yon Vu Cin, “gugudan” qrupundan Kim Se Conq, Sonq Ce və Park Ci Yon, KBS2-nun “Let Me Hear Your Song” adlı yeni serialının əsas heyətində yer alacaq.

Serialda Yon Vu Cinin və Kim Se Conq baş rol xarakterini canlandıracaq.

Romantik, komediya növündəki serial, bir cinayətin işləndiyi gün ilə bağlı heç bir şeyi xatırlamadığını hiss edən Honq Yi Yonq və bu cinayətlə bağlı həqiqəti tapmaqda ona kömək edən Janq Yunun ətrafında baş verir.

Yon Vu Cin serialda bir pianoçu olan Canq Yun obrazını canlandıracaq. Bir pianoçu olmasına baxmayaraq musiqi qulağı yoxdur və sirli bir şəxsiyyətə malikdir.

Kim Se Conq serialda bir timpanist olan Honq Yi Yonq obrazını canlandıracaq. Hər şeyi ilə olduqca adi və sadə bir insanmış kimi görünməsinə baxmayaraq əslində, o qədər də sadə bir keçmişə sahib biri deyil. Bir gün iş axtararkən Canq Yun ilə qarşılaşır. Yo Yonqun yatmaqda problem yaşadığını öyrənən Canq Yun onun yadında yardımçı olmağa qərar verir. Buna görə hər gecə onu axtarmağa başlayır.

Sonq Ce Rim serialda bir dirijor olan Nam Cu Van obrazını canlandıracaq. Xarizmatik olduğu qədər, qəddar və yöndəmsiz biridir. Estradasındakı musiqiçilər ona “Qəzəbli Maestro” mənasına gələn “Hot Mae” adı vermişlər.

Park Ci Yon serialda bir orkestrda skripka çalan Ha In Cu obrazını canlandıracaq. Olduqca təkəbbürlü və soyuq ürəkli biridir. Gözəlliyi ilə kişilərin arasında populyardır.

Serialın rejissor kreslosunda, yenə orkestr ilə əlaqəli olan “Naeils Cantabile” serialını ekranlaşdırılmış İ Cunq Mi oturur.

Serialın ilk bölümü bu ilin iyul ayında yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan