//Yo Cin Qu(Yeo Jin Goo) və IU-nun “Hotel del Luna” serialını birlikdə canlandıracaqları ehtimal olunur

Yo Cin Qu(Yeo Jin Goo) və IU-nun “Hotel del Luna” serialını birlikdə canlandıracaqları ehtimal olunur

Aktyor Yo Cin Qu-ya Honq Bacılarının  “Hotel del Luna” adlı yeni serialında baş rolu canlandırması üçün təklif irəli sürülüb.

15 fevralda Janus Entertainment Yo Cin Qunun baş rol təklifi aldığını təsdiqlədi və aktyorun hal-hazırda təklifi dəyərləndirdiyini bildirdi.

Fantastika janırındakı “Hotel del Luna” , etdiyi böyük bir səhvə görə lənətlənərək 1000 ildən artıqdır ki, ruhlarla dolu bir mehmanxanada  yaşamaq məcburiyyətində qalan qadın ilə həmin mehmanxanada işləməyə başlayan idarəçinin ətrafında fırlanır.

Yo Cin Qu təklifi qəbul edərsə, serialda “Hotel del Luna”-nın yeni idarəçisi rolunu canlandıracaq. Əvvəllər məşhur mehmanxana işlədən idarəçinin başından bədbəxt bir hadisə keçir və işlədiyi yerdən ayrılmaq məcburiyyətində qalır.

Keçən ay aktyor-müğənni IU-nun serialda qadın baş rolu canlandırması üçün təklif irəli sürüldü. Əgər IU təklifi qəbul edərsə ,serialda  “Hotel del Luna”nın CEO-su rolunu canlandıracaq.

Əkiz bacıları: Honq Conq In və Honq Mi Ran (Honq bacıları olaraq bilinirlər) daha əvvəl “You’re Beautiful”, “My Girlfriend is a Gumiho”, “The Greatest Love”, “Big” , “The Master’s Sun”, “Warm and Cozy” və “A Korean Odyssey” seriallarını qələmə almışdırlar.

Serialın rejissorluğunu “While You Were Sleeping”, “Doctors” və “You Who Came From the Stars” seriallarının rejissoru O Çunq-Hvan edəcək. Serialın bu ilin ikinci yarısında yayımlanması gözlənilir.

 

 

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova