//YG-nin yeni Hip-Hop şousu Sonq Mino, Zion T və başqaları

YG-nin yeni Hip-Hop şousu Sonq Mino, Zion T və başqaları

YG Entertainmentin yeni hip hop proqramı haqqında daha çox məlumat verildi.

Şounun daha öncə “Show Me the Money” proqramının dördüncü sezonunda yer alan və yaxın zamanda YG Entertainmente keçən rejissor  İ Sanq Yun (Lee Sang Yoon) tərəfindən yaradıldığı bildirilib.

Şouya Minho, Paloalto, Zion T., Okasian və Coogie kimi reperlərin qatılacağı da təsdiqlənib.

Həmin məşhurlar reper olma potensialı olan tələbələri kəşf etmək üçün Seuldakı universitetləri ziyarət edəcəklər. Həmçinin, 10 universiteti ziyarət etdikləri də bildirilib.

 

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova