//YG Entertainment nümayəndəsi Sınqrinin paylaşımı haqqında məlumat verdi

YG Entertainment nümayəndəsi Sınqrinin paylaşımı haqqında məlumat verdi

Sınqrinin İG-də paylaşdığı xəbərin ardınca YG Entertainment sözü gedən xəbərlə bağlı rəsmi açıqlama verdi.

YGE nümayəndəsi bu qərarı Sınqrinin özünün verdiyini və şirkətin xəbəri olmadığını bildirib. “Sınqrinin əyləncə sektorundan ayrılma qərarı YG ilə danışılaraq verilən bir qərar deyil. Özünün verdiyi qərardır. Doğruları demək lazım olarsa, keçən ay çıxan xəbərlər və polislə bağlı xəbərlərdə Sınqri haqqında rəsmi bir xəbər açıqlanmayıb və Sınqri buna görə özünün ətrafındakılara zərər verdiyini düşünərək günahkar hiss edib.”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova