Maliyyə sənayesi nümayəndələri, YG Entertainment-in 5 il öncə LVMH tərəfindən şirkətə yatırılan pulu geri ödəyə biləcəyini açıqladılar.
2014-cü ilin oktyabr ayında LVMH Moët Hennessy – Louis Vuitton SE (bundan sonra LVMH) YG Ebtertainmentin geri qaytarıla bilən konvertasiya edilə bilən üstünlük səhmlərinə (RCPS) 61 milyard von (təxminən 51.6 milyon dollar) sərmayə qoydu. İnvestisiya qoyuluşu zamanı, LVMH, hər səhm üçün 43.574 von (təxminən 36.83 dollar) və ya beş il sonra illik faizi daxil edən 67 milyard von (təxminən 56.6 milyon dollar) ödəmə yolu ilə birjaya çevrilmə seçimini təyin etdi.
YG-nin səhmləri bir səhm üçün 43.574 vondan yüksəkdirsə, LVMH adi birjaya çevrilərək qazanc əldə edə bilər. Bununla birlikdə, şirkətlə əlaqəli son mübahisələrdən sonra YG-nin səhm qiymətləri sentyabr ayının 23-ə 23.500 von olaraq düşməyə davam etdi. Nəticədə maliyyə sənayesi nümayəndələri, LVMH’nin təyin edilmiş beşdə 67 milyard von geri ödəməyi seçəcəyini proqnozlaşdırırlar.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021