//YG Entertainment IKON-un yeni geri dönüşündə B.I-ın iştirak edəcəyini açıqladı

YG Entertainment IKON-un yeni geri dönüşündə B.I-ın iştirak edəcəyini açıqladı

iKON-un yaxınlaşan albomuna B.I qrupdan ayrılmazdan əvvəl iştirak etdiyi mahnıları daxil edəcək.

Yanvarın 29-da YG Entertainment xəbərlə bağlı bu açıqlamanı etdi :

“Salam. Bu YG Entertainmentdir.
iKON-un yeni “i DECIDE” adlı mini albomu ilə əlaqəli bir açıqlamadır.

iKON-un fevralın 6-da ortaya çıxacaq yeni mini albomuna beş yeni mahnı daxildir.
Bu albom 2019-cu ilin ortalarında çıxmaq məqsədi ilə 2019-cu ilin əvvəllərində yaranmışdı.

Lakin, komandanın lideri və prodüseri olan B.I-ın qəfil ayrılması səbəbiylə keçən ilin ortalarında yeni musiqilərinin çıxışı qeyri-müəyyən olaraq təxirə salındı. Agentlik, 2019-cu ilin əvvəlində tamamlanan mahnılardan necə istifadə ediləcəyi ilə bağlı diqqətli daxili müzakirələr apardı.

İki əsas narahatlıq var idi. Birinci variant B.I-ın mahnı və bəstələnmə prosessində iştirak etdiyi bütün mahnılar albomdan çıxarılsın. Ancaq, bu zaman iKON-un geri qayıtma müddəti uzun olacaqdı və dezavantajları düşünməmək mümkün deyildi.

İkinci variant B.I-ın iştirak etdiyi bütün rap hissələrini çıxartmaq və digər üzvlərin yenidən yazacaqları yeni melodiyalar hazırlamaq  idi. Bu, mövcud  üzvlərin mahnıdakı hissələrinin nizam və tarazlığını çətinləşdirdi. Çünki üzvlər yenidən mahnı yazmalı və yenidən oxumalı idilər.

Uzun müzakirələrdən sonra üzvlər və agentlik hər ikisinin istifadəsinə qərar verdi.

Mövcud treklər yalnız B.I tərəfindən yazılmadığından, həmçinin YG-nin daxili istehsalçıları ilə ortaq məhsul olduğundan və hazırlıq dövründə iKON üzvlərinin səyləri , məhəbbəti ilə doldurulmuş mahnılar olduğuna görə onları düzəlişlərlə istifadə etmək qərarına gəldik. Digər üzvləri kompozisiyada iştirak etməyə həvəsləndirərək, bu albom vasitəsilə ilk dəfə bəstəkar kimi qatılan başqa bir üzvün yeni mahnısını əlavə etdik.

Təkcə B.I-ın deyil, həm də liderini itirən altı iKON üzvünün məyus olduqlarını dilə gətirmək üçün sözlər kifayət etmir. 

Təəssüf hissi keçirsə də, YG qalan altı iKON üzvünü qorumaq üçün mümkün olan hər şeyi vermək və investisiya etməkdən əl çəkməyəcəkdir.

 Daima dəstək və sevgi göstərən azarkeşlərin hisslərini nəzərə almaq üçün səylə çalışacağıq.

Yenidən başlayan altı iKON üzvünün ilk addımlarına  dəstək verin. Təşəkkürlər.”

iKON-un üçüncü mini albomu “i DECIDE” fevralın 6-sı yayımlanacaq.

TAGS:
Elmina Səfərova