//YG Entertainment G-Dragon və Taeyang-dan səhnə adlarını ala bilər

YG Entertainment G-Dragon və Taeyang-dan səhnə adlarını ala bilər

Bu gün yayımlanan xəbərlərə əsasən G-Dragon və Taeyangın YG-dən ayrılmaq istədikləri, lakin YG-nin onları səhnə adları ilə şantaj etdiyi söz-söhbəti yayılıb.

YG Ent. səhmlərinin qiymətləri, BIGBANG-ın yenidən imza atmağından asılıdır.  YG-nin G-Dragon və Taeyangın səhnə adlarının ticarət marka hüquqlarına sahib olduqları təsdiqləndi.  Patent İdarəsindən verilən məlumata görə, YG 2003-cü ilin əvvəlindən etibarən G-Dragonun 2006-cı ildən etibarən isə BIGBANG adının hüquqlarının rəsmi olaraq sahibi olub. Həmçinin 2015-ci ildə ‘TAEYANG’ və ‘GD X TAEYANG’ adlarının ticarət markaları YG tərəfindən qeydiyyata alındı ​​və eyni il ‘G-DRAGON’ və ‘TAEYANG’ YG Entertainment tərəfindən ABŞ-da qeydiyyata alındı.  2015-ci ildə BIGBANG-ın bütün üzvləri YG ilə müqavilə bağlamışdı.

 Koreyanın Əqli Mülkiyyət İdarəsindən olan bir məmur bildirib : “Məşhurların “A,” A + B ” markalarından istifadə etməsi qanun  pozuntusu hesab edilə bilər, Buna görə də G-Dragon və Taeyangın adlarından  icazəsiz  istifadəsi çətindir. ”

Əgər qrup şirkətdən ayrılsa həm öz səhnə adlarından həm də BIGBANG olaraq qrup adlarından istifadə edə bilməzlər. Bunun yerinə öz həqiqi adlarından istifadə edəcəklər. Məsələn Kwon Ji Yong və Dong Young Bae.

 Lakin, qrupun YG-dən ayrılması YG-nin böhran ilə üz-üzə qalması deməkdir. Şirkətin 80% gəlirindən çoxu məhz BIGBANG tərəfindən qazanılır. Qrupun aktiv olmaması və skandalların təsiri ilə vəziyyəti heç də yaxşı olmayan YG, BIGBANG-sız bata bilər. Həmçinin,  bu il Louis Vuitton-Mohenenes qrupu (LVMH) müqavilə pullarını götürərək şirkətə investisiya qoymağı dayandırmağa başladı. Buna görə də şirkətin BIGBANG qrupunun üzvləri ilə müqavilə yeniləməyə ehtiyacı var.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova