Sınqrinin qalmaqalının sürətlə böyüməsi YG-nin səhmlərinə təsir edir. Buna görə də bəzilərində belə sual yaranır: YG böyük üçlükdə öz statusunu itirəcəkmi?
“Burning Sun” gecə klubunun idarəçiliyinə olan şübhə və ittihamlardan yaranan qalmaqaldan sonra YG agentliyinin imici və səhmləri sürətlə enir. Xüsusilə də qrup yazışması barədə məlumatdan sonra Sınqri haqda olan zidd fikirlər həm birbaşa, həm də dolayı olaraq qar topu kimi böyüyür. Keçmişdə BIGBANG üzvünün investorları cəlb etmək və öz biznesini başlatmaq məqsədilə keçirdiyi böyüklər üçün əyləncələrlə dolu olan ad günü şənliyi haqqında çoxlu mesajlar ortaya çıxdı. Lakin, sorğu zamanı o, özünün təqsirsiz olduğunu bildirdi.
Dan yeri söküləndə YG binasının önündə sənədləri məhv edən xidmətin mövcudluğu odun üstünə yağ tökdü. Xidmət heyətinin sözlərinə görə onlar yalnız sifarişçinin xaişinə və əlavə xidmət haqqına görə dan yeri sökülməmiş gəlirlər. Böyük ehtimal ki, bu şirkət üçün standart prosedurdur amma jurnalistlər YG-nin Sınqri və onun “qaranlıq” işləri ilə bağlı bütün dəlillərini məhv etdiyini iddia edirlər.
YG böyük üçlüyün tərkibinə daxildir və BIGBANG onlar üçün “sağılan inəkdir”. Çoxu düşünür ki, qrupun süqutu həm də agentliyin süqutu olacaq. Faktiki olaraq, YG davamedici qalmaqala görə kapital cəhətdən zərər çəkdilər. 28 fevrala olan vəziyyətə görə şirkətin dəyəri 764,7 milyard von təşkil edirdi, hansı ki, 25 fevrala olan 863,8 milyard məbləğlə müqayisədə 100 milyard von azdır . Bu, vaxtı ikən bazar kapitallaşmasında rəqibini geridə qoyaraq, SM ilə yanaşı lider olan YG üçün iflasdır.
28 fevrala olan vəziyyətə görə SM Entertainment-in dəyəri 1,77 trilyon von, JYP-nin isə ondan 300 milyard çoxdur. Fond bazarı əhalinin YG-ə olan və olmayan inamını aydın əks etdirir. Keçmişdə YG-ni tez-tez “problemli agentlik” adlandırırdılar, lakin son qalmaqalın zərbəsi müqayisə olunmayandır. Axı o, mənəvi və hüquqi məsuliyyət çərçivəsindən kənara çıxır. Ekspertlərin sözlərinə görə bu agentliyin böyük üçlükdən çıxması deməkdir.
Mənbə: allkpop.com
- Ci Çanq Uk əsgərlikdə 12 kq kökəldiyini açıqladı - 16 May 2019
- Cenninin klipi 300 milyon baxış sayı qazanıb - 15 May 2019
- EXİD yeni ‘ME&YOU’ klipində ağ geyinmiş gəlinlərdən neon rənglilərə çevrildilər - 15 May 2019