//“YG Entertainment” agentliyinin üzvlərini nə gözləyir?

“YG Entertainment” agentliyinin üzvlərini nə gözləyir?

 

2019-cü ilin mart ayında Burning Sun klubu ilə alovlanan qalmaqal, agentliyin üzvü, müğənni Sınqrının (Seungri) həmin qalmaqallı söhbətlərin episentirində olması, daha sonra B.I ilə bağlı yayılan söz söhbətlər sonda agentliyin ən yüksək vəzifələrində olan əməkdaşların, şirkətin əsas vəzifə postlarını tərk etməsi ilə nəticələndi. Şirkət direktoru Yanq Hyon Sokun (Yang Hyun-suk) vergilərdən yayınma, dəlilərin yox edilməsi və s. kimi yayılan şübhələr YG-nin reputasiyadan düşməsinə və agentliy nümayənələrinin gələcəkdəki taleyi hamini narahat etməyə başladı. Qalmaqallı söhbətlərdə adı keçənlərin agentliyi tərk etməsinə baxmayaraq, istər Sınqrının istərsədə vəzifəli şəxslərin, yaranan narahatlığı aradan qaldıra bilməsinə yardımçı olmadı. İş orasındadır ki, agentliyin bəzi nümayəndələyi YG ilə uzun müddətli müqavilə bağladıqları səbəbindən oranı tərk edə bilmirlər. Məsələn məşhur müğənni İ Hi (Lee Hi) 2012-ci ildə “1, 2, 3, 4” adlı ilk debütüdən sonra 2013-cü ildə YG ilə 10 il müddəti olan müqavilə imzalayıb. Müqavilənin bitməsinə hələ uzun müddət var. Müğənni 2023-cü ilə kimi agentliyi tərk edə bilməz. “Akdong Musician” qrupu ilk dəfə 2014-cü ildə debüt edib. Qrup elə həmin ildə YG ilə 7 illik müqavilə imzalayıb. Müqavilənin müddəti 2021-ci ildə bitir.

WINNER” qrupu bu yaxınlarda verdiyi müsahibələrin birində belə deyir: ” Bizim müqavilə haqqında müzakirə etməyə vaxtımız var”. Qrupun bu sözlərindən sonra YG ilə əməkdaşlıqlarını davam etdirib etdirməyəcəkləri hələ naməlumdu. Agentliyi və onun üzvlərinin gələcəkdə nə gözlədiyini əvvəlcədən təxmin etmək qeyr mümükündü. Belə ki, bu qüdrətli agentliyin qalmaqallı söz söhbətlərdə adı hallana biləcəyini heç kim bilə bilməzdi.