//YG, B.I-ın IKON-dan və şirkətdən ayrıldığını təsdiqlədi

YG, B.I-ın IKON-dan və şirkətdən ayrıldığını təsdiqlədi

Dispatch-ın məqaləsi və B.I-ın instaqramdakı paylaşımından sonra YG Entertainment, narkotik alışı iddiaları və B.I-ın IKON-dan ayrılması ilə bağlı rəsmi açıqlama verdi.

YG Entertainmentin açıqlaması aşağıdakı kimidir:

Bu YG Entertainmentdir.

Başımızı əyərək sənətcimiz Kim Han Binin problemi ilə bağlı məyus olan hər kəsdən üzr istəyirik.

Kim Han Bin səbəb olduğu problemlə bağlı ciddi məsuliyyət hiss edir. Məsələni ciddiyə alaraq qrupdan ayrılmağa və şəxsi müqaviləsini ləğv etmək qərarına gəlib.

Bir daha narahatcılığa səbəb olduğumuz üçün üzr istəyirik.”

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova