//Yanq Min Sok YG Entertainment şirkətindəki aparıcı müdir vəzifəsini tərk etdi

Yanq Min Sok YG Entertainment şirkətindəki aparıcı müdir vəzifəsini tərk etdi

Yanq Hyon Sokun qardaşı Yanq Min Sok, YG Entertainment şirkətindəki aparıcı müdir vəzifəsindən ayrıldı.

Yanq Hyon Sokun istefasının ardınca Yanq Min Sok da şirkətdən ayrılacağını açıqladı.

YG Family, bu çətin mühitə baxmayaraq əziyyət çəkən və çalışmağa davam edən hər kəsə minnətdaram və hamıdan üzr istəyirəm. Bu davamlı və həyəcan verən xəbərlərlə bağlı hamınızın nə qədər narahat olduğunu bilirəm.

Yanq Hyon Sok və mən musiqi tanıtımları və digər fəaliyyətlərə diqqətimizi yönəldərək , şirkətin yaxşılığı üçün səssiz qaldıq , çünki həqiqətin mütləq şəkildə ortaya çıxacağına inanırıq. Ancaq, bu son problemlər sənətcilərimiz üçün davamlı olaraq çətinliklərə səbəb olur. Bütün bu vəziyyətə baxdıqdan sonra artıq dayanmağımın və bunların öhdəsindən gəlməyimin çətin olacağını düşünürəm.

Mövcud çətinlikləri aradan qaldırmaq və yeni bir irəliləyiş etmək üçün böyük bir dəyişikliyə ehtiyacımız var. Beləliklə, Yanq Hyon Sokun bütün vəzifələrindən ayrılmasından sonra heç bir anlaşılmazlıq olmayacaq. Bu vəziyyətlə bağlı olaraq, uzun müddətdir YG Entertainmentin aparıcı müdiri olaraq istefa verməyə qərar verdim.

Şirkətin 23-cü ildönümündə hər kəsə bütün çətinliklərin öhdəsindən gəlmək üçün ilk öncə hər şeydən daha çox özümüzü dəyişdirməliyik dedim. Ümid edirəm ki, qərarımla birlikdə YG-nin yeni və daha müsbət bir başlanğıcı olacaq. Təşəkkür edirəm”

 

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova