Etoday-a görə, Milli Vergi Xidməti Yanq Hyon Sok və YG Entertainment-də təxminən 6 milyard von (təxminən 5.1 milyon dollar) əlavə ödəniş tələb edəcək.
Milli Vergi Xidməti Yanq Hyon Sok və YG Entertainment-də bu mart ayından başlayaraq avqustun sonuna qədər təxminən altı ay ərzində xüsusi bir vergi araşdırması apardı. Aparılan araşdırmaları bu ayın əvvəlində yekunlaşdırdıqdan sonra, Milli Vergi Xidməti, ümumilikdə 6 milyard vona (təxminən 5.1 milyon dollar) qədər əlavə ödəniş tələb etdi. Məbləğə korporativ vergi və gəlir vergisi daxildir.
Bu məbləğ YG Entertainment-in təxminən 3,4 milyard von (təxminən 3 milyon dollar) təşkil edən vergi araşdırmasından sonra cərimələnən məbləğdən yüksəkdir.
Lakin, Yang Hyon Sok və YG Entertainment vergidən yayınma şübhəsiylə cəzalandırılmadılar. Buna səbəb olaraq isə Milli Vergi Agentliyinin araşdırmalar zamanı vergidən yayınma ilə bağlı dəqiq bir sübut tapmadığı görünür.
Təftiş orqanından bir mənbə dedi: “Milli Vergi Xidməti Seul Regional Ofisinin 4-cü İstintaq Bürosu altı ay ərzində xüsusi vergi araşdırması apardı və bunun ortasında vergi cinayətləri araşdırmasına keçdilər. Ətraflı prokurorluğa hesabat verilib. ”
Mənbə sözünə davam etdi: “Verilən vergilər(cərimə) az miqdarda olmasa da, YG Əyləncə şirkətinin gəlirlərinin həcminə nisbətən böyük bir məbləğ deyil. Prokurorluğa heç bir şey bildirmədən əlavə vergilərin tutulması heyrətləndirici, lakin əhəmiyyətsiz hesabat kartı kimidir. ”
Milli Vergi Xidmətinin işcisi, “Yanq Hyon Sok və YG Entertainment-də vergi araşdırmaları haqqında bir şey bilmirəm. Bilsəm belə, danışa biləcəyim bir şey deyil. ”
Yanq Hyon Sok, eyni zamanda, qumar və fahişəlik vasitəçiliyi şübhələri üçün polis tərəfindən araşdırılır.
- Dispatch G-DRAGONvə Jennienin sevgili olduğunu açıqladı - 24 Fevral 2021
- Lee Jun Ki Çinin ‘WAVES 漫 潮’ jurnalında - 04 Yanvar 2021
- “Mianhae Jung In Ah” – ürək ağrıdan etiraza məşhurlar da qatıldı - 03 Yanvar 2021