//Yanq Hyon Sok, YG-nin Sınqrinin sübutlarını məhv etdiyi ilə bağlı çıxan iddiaları yalanlamaq üçün proses sənədlərini paylaşdı

Yanq Hyon Sok, YG-nin Sınqrinin sübutlarını məhv etdiyi ilə bağlı çıxan iddiaları yalanlamaq üçün proses sənədlərini paylaşdı

Yanq Hyon Sok, YG Entertainmentin “Burning Sun” hadisəsi ilə bağlı sübutları məhv etdiyi iddialarına cavab vermək üçün şəxsən özü addım atdı.

YG Entertainment, xəbərlər ilk yayımlandığında iddiaları rədd etmək üçün bildiriş yayımlamışdı. İndi isə Yanq Hyon Sok daha çox sənəd ortaya çıxararaq hər şeyin yalan olduğunu bildirməyə çalışır. O, öz şəxsi instagram profilində “ Səhv bildirişləri düzəltməyə kömək olacağını ümid edirəm”  açıqlaması ilə şəkil paylaşıb.

Yanq Hyon Sok, YG Entertainmentin Sınqri haqqındakı sübutları yox etmək ilə bağlı sənədləri məhv etdiyini iddia edən xəbərin ekran görüntüsünü paylaşaraq :

Maraqlı gəldiyi üçün baxdım. Bu hər 3 aydan bir etdiyimiz prosedurdur. Ümumən bu prosedur başlamadan 10 gün qabaq işcilərə xəbər veririk. Bildirilən iddialardan sonra şirkətlə əlaqə saxladıq və sözügedən sənədlər məhv edilməyib şirkətin deposunda saxlanılır. Ümid edirəm ki, bu yalan yanlış xəbərləri düzəltməyə kömək edər.” –deyə bildirib.

Daha sonra, fevralın 28-i  həyata keçirilən ən son sənəd təmizləmənin 10gün qabaq 18 fevral tarixində bütün YG şirkətinin işçilərinə göndərilən bildirişləri paylaştı. Ardınca bu prosedurun davamlı olaraq edildiyini bildirən sənədlər də paylaşdı.

Son olaraq sənədlərin möhürlənərək depoda saxlanıldığını bildirən ekran görüntüsünü paylaşdı.

TAGS:

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova