Bu günkü səhərimiz Yanq Hyon Sokun (Yang Hyun-suk) YG Entertainment agentliyini tərk etməsi ilə bağlı yayılan qalmaqallı xəbər ilə açıldı. Yayılan bu xəbərin nə dərəcədə həqiqi olub olmadığı haqqında Yanq Hyon Sok özü şəxsən sonuncu dəfə jurnalistlərə açıqlama verərək belə deyib “Bu illər ərzində dayanmadan mənə öz sevgisini verən bütün aktyor və müğənnilərdən, eləcədə pərəstişkarların hamısından üzr istəyirəm. Eləcədə, bu qədər çətin şərtlər altında hələ də bizimlə işləməyi davam etdirən bütün işçi heyətindən. Bu günə kimi yayılan bütün şaiyə xəbərlərinə həqiqət kimi səbr edib, alçaldıcı təhqirlərə dözmüşəm. Amma daha artıq səbr edə biləcəyimi düşünmürəm. Bundan sonra mənə görə YG Entertainment agentliyinin aktyor və müğənni heyətinə, eləcədə pərəstişkarlarına daha artıq zərər dəyməsin deyə bu addımı atmalı oluram. Çunki, mən onların əziyyət çəkməsini istəmirəm. Ömrümün 23 ilini, həyatımın yarısını YG-ə vermişəm. Bu gündən öz vəzifəmi tərk edib, buradan uzaqlaşıram. Həqiqətən düşünürəm ki, bundan sonra sevdiyim bütün insanlar, eləcədə pərəstişkarlar bir daha mənə görə heç biri əziyyət çəkməyəcək”. Qeyd edək ki, Yanq Hyon Sok həm müğənni, həm bəstəkar, həm də Seo Taiji & Boys qrupunun üzvü olub. Bununla yanaşı YG Entertainment agentliyinin direktoru idi.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020