//Yang Hyon Sok (Yang Hyun Suk), “Treasure 13”-ün 2-ci alt qrupunun adını, fanclub adı, debyüt və daha çoxu haqqında açıqlama verdi

Yang Hyon Sok (Yang Hyun Suk), “Treasure 13”-ün 2-ci alt qrupunun adını, fanclub adı, debyüt və daha çoxu haqqında açıqlama verdi

YG Entertainment-in baş prodüseri Yang Hyon Sok(Yang Hyun Suk), “YG Treasure Box” dan çıxan 13 nəfərlik qrupu – “Treasure 13”  qrupunun debyütü ilə bağlı planları açıqladı

Yang Hyon Sok, “Treasure 13”-ün ikinci qrupu və ya “subunit” qrupunun adını, həmçinin “Treasure 13” – ün fanclub adı, onların  debüt şousu da   daxil olmaqla, fanların bir çox suallarına cavab verdi

2-ci alt üzvlü qrupun adı nə olacaq?

“6 üzvlü qrupun adı “Magnum” olacaq. Black Pink üzvləri də daha əvvəl canlı yayımda bu adı səsləndirmişdilər və YG Entertainment-in bu ad üçün ticarət nişanını qeydiyyatdan keçirtdiyi də ortaya çıxmışdı.”

“Magnum”  adı seçildi və “Magnum” , ‘”Musiqidən sərxoş” ya da ‘Sərxoş ruh ‘ kimi bilinən, spirtli içkilər arasında ən keyfiyyətlisi olan, iki ölçülü, 1.5 L şüşəli şərabın mənasını verir.

Dünyanı öz musiqiləri ilə ‘Sərxoş’ edəcəklərinə ümid etdiyim üçün bu adı seçdim və  eyni zamanda silah modellərini də adlandırmaq üçün bu addan istifadə edirlər. Ona görə qız qrupundan çox oğlan qrupuna yaraşacağını fikirləşdim”

“Treasure 13” debyüt planı haqqında nə deyə bilərsiz?

“Treasure 13”- ün ilk debütü bu ilin may-iyul ayları arasında gözlənilir və “Treasure 13”-ün  davamlı musiqilər yayımlamasını planlaşdırıram. “Treasure 13”-ün müvəffəqiyyətli  başlanğıcından sonra, “Treasure” və “Magnum” iki ayrı qrup olaraq davam etdəcəklər. “

Pre-debüt planları varmı?

“YG Treasure Box-unda, spiker Canq Song Gyo tez-tez “Treasure Box-u açın” sözünü istifadə edirdi. Tezliklə bu ad “Treasure 13”-ün başlanğıc prosesini və gündəlik həyatlarını əks etdirən yeni bir proqramın adı kimi istifadə ediləcək. Hal-hazırda bu proqrama hazırlaşırıq,  “qlobal azarkeşlərə yaxın olmaq” üçün  “YG Treasure Box”  “V Live”, YouTube və s. platformalardan yayımlanacaq.”

Treasure 13 üçün fanclub adı varmı?

“Üç komanda ümumi bir fanklub adına sahib olacaqlar. Fanklubun adı,  “YG Treasure Box” yayımı zamanı tez-tez istifadə olunan “Treasure Maker ” dir. Mən bu adın “Treasure 13” üçün ən uyğun fanclub adı olduğunu hiss edirəm. Treasure 13-ün böyüməsi və müvəffəqiyyəti tərəfdarlarla birlikdə olacaq “

“Treasure 13”-ün digər YG qruplarından fərqi nədir?

“Nəsil olaraq, Big Bang-in 1-ci nəsil qrupu olduğunu, WINNER və iKON’un 2-ci nəsil olduğunu və Treasure 13-ün üçüncü nəslin olduğunu deyə bilərik. Sunbae qrupların oxşarlığı odur ki,   üzvlər bütün mahnıların musiqi və sözlərinin yazılmasında istirak edirlər.

Lakin Treasure 13-də biz üzvlərin öz mahnılarını tərtib etmək və yazmağında iştirakını planlaşdırmırıq; Bunun əvəzinə, YG-nin istehsal imkanlarını tam olaraq istifadə etməyi planlaşdırırıq. Öz mahnılarını tərtib edən və yazan  sənətçi böyük bir qüvvə olsa da, üzvlərin çox məşğul olduqları və zaman keçirmədikləri və ya yaradıcılıq prosesi zamanı sıxışdıqları zaman,  bu onların çıxışılarında çox böyük bir boşluğu yarada bilər.

Eynilə əsas produserimiz Teddy, The Black Label sənətçilərinin  Black Pink-in bütün musiqisi ilə məşğul olduğu kimi , Treasure 13-ün musiqisi də  YG istehsalçıları, The Black Label və yeni yaradılan  YGX  produser heyəti tərəfindən ərsəyə gələcə. Bu 30-dan çox adamın işlədiyi sürətli isehsal qrupudur.

Redaktə: Gülər Nursu

 

 

 

 

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər