//Xaricilər üçün Koreyada sevilən 11 şey

Xaricilər üçün Koreyada sevilən 11 şey

Koreya həyatının və mədəniyyətində olan bir çox şey  xaricilərin burada yaşamaq istəməyinə səbəb olur  amma Koreyalılarin yarısından çoxu  bu şeylərin nə qədər gözəl olduğunu dərk etmirlər, çünki onlar üçün bunlar adi şeylərdi.

Koreyanın bəzi Koreyalıların mükəmməl olduğu qəbul etmədiyi şeylərin siyahısına baxaq.

1. Hər yerdən içki ala bilərsiniz – və bu çox ucuzdur!

Bir çox ölkədə , qarşılaşdığınız hər marketdən içki almaq mümkün deyil. Koreyada isə alkaqollu nəsə almaq istəyəndə etməli olduğunu tək şey yaxınlıqdakı mağazalardan birinə girməkdi. Ən yaxşısı isə, sojunun 1 şüşəsi  1,300 KRW (təxminən 1 $ ) dəyərindədir!

2. Və hər yerdən  içmək olar!

Çox ölkədə, etibarlı içki lisenziyası olmayan yerlərdə içmək qeyri-qanunidir. Buna parklarda və ya küçədə açıq havada içmək də  daxildir. Ancaq Koreyada küçədə və ya parklarda içki içmək adi haldı.

3. Gecə ətrafda gəzmək təhlükəsizdir.

Koreyada gecə boyunca təhlükəsiz şəkildə istədiyiniz qədər gəzə bilərsiz.Gec saatlara qədər açıq olan bir çox mağaza və restoranlar var.

4. İctimai nəqliyyat vasitələrində yemək və içmək olar.

Asiya ölkələrində insanların kütləvi nəqliyyat vasitələrində yemək yeməyinə və içməyinə icazə verilmir və bununla bağlı cəzalar da var. Ancaq Koreyada qəhvə və qəlyanaltılarınızı qatarda tutulmaqdan qorxmayaraq  rahat yeyə bilərsiz.

5. Yeməklər istədiyiniz zaman, istədiyiniz yerə çatırıla bilir – və çatdırılma büdcənizə dost qiymətlərlə edilir!

Koreyada, gecə gec saatlarda da olsa qapıya yaxşı yemək sifariş edə bilərsiniz. Koreyada 24 saatlıq çatdırılma xidməti göstərən restoranlar var.

6. Online alış-verişlər üçün gün içində (on-the-day) çatdırılması var.

Online alış-veriş hər ölkədə var, lakin çatdırılmasını bir neçə gün çəkir. Amma Koreyada xüsusi bir kuryer sistemi var ki, insanların  sifarişlərini bir gün ərzində, bəzən isə bir necə  saat içərisində çatırılma xidməti verir!

7. Dünyanın ən yüksək internet sürəti.

Çoxlu texnologiyaya sahib ölkə kimi, Koreyanın  yüksək sürətli internetə malik olması təəccüblü deyil. Hətta Alış-veriş mərkəzlərində və kafelərlər qoşulduğunuz ictimai internet digər ölkələrin ən sürətli internetindən daha sürətlidir.

8. Hər bir metro stansiyasında ayaqyolu var.

Metro stansiyalarında ayaqyolu olması yeni bir hadisə deyil, ancaq Koreya stansiyalarının hər birində birdən çox ayaqyolu var.

9. Siz əşyalarınızı ictimai yerlərdə narahat olmadan nəzarətsiz qoya bilərsiz.

Koreyadakı bütün kafelər masalarının üstündə  insanların  əşyalarını nəzarətsiz qoyub harasa getməyi adi haldı. Koreya o qədər  təhlükəsizdir ki, insanlar çantalarını, notebooklarını və paltolarını oğurlanacağını fikirləşmədən kafelərdə nəzarətsiz qoya bilirlər.

10. Xidmət haqqı və verginin hesablanmasına ehtiyac yoxdur.

Digər ölkələrdə bir menyudakı qiymət və ya qiymət etiketi ödəndiyiniz faktiki qiymət deyildir. Vergi və xidmət haqqı, adətən, sonunda əlavə olunur. Koreyada  restoranlarda əlavə xidmət haqqı yoxdu və vergi və s. əvvəlcədən qiymətə daxil edilir.

11. Təmiz və asan ictimai nəqliyyat.

Koreya dünyanın ən təmiz və asanlıqla istifadə edilə bilən ictimai nəqliyyat sistemlərindən birinə sahibdir.Metro və avtobuslar  bütün istiqamətlərə işləyir, belə ki, heç vaxt itirməyəcəksiniz! Nəqliyyat Sistemləri ciddi şəkildə təmizlənir və qorunur. Metro və avtobusların hansı stansiyaya və ya dayancağa ne vaxt çatdığı, nə qədər müddətə getdiyin göstərən sistem var.

TAGS:

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər