//U Do Huanın (Woo Do-Hwan) “My Country” serialında rol alacağı dəqiqləşdi

U Do Huanın (Woo Do-Hwan) “My Country” serialında rol alacağı dəqiqləşdi

Woo Do-Hwan, JTBC’nin “My Country” adlı yeni serialında Yang Se-Jong ilə birlikdə rol alacaq.

Serial, Qoryo Xanədanlığının sonu ilə Coson Xanədanlığının başlanğıcı dövründə sevdiklərini qorumağa çalışan üç insan haqqında olacaq. İki  yaxın dost olan Seo Hwi (Yang Se-Jong) və Nam Sun-Ho, mənim ölkəm’ mövzusunda olan fikir ayrılıqlarına görə qılınclarının bir-birinə qaşı çəkəcək.

Woo Do-Hwan serialda nüfuzlu bir ailənin oğlu Nam Sun-Ho rolunu canlandıracaq. Çox ağıllı və bacarıqlı biridir. Ancaq anası aşağı sinifdən olduğu üçün ailəsi tərəfindən qəbul olunmur və bu onda dərin yaralar açıb. Buna görə hərbi imtahandan keçmək istəyir. Ancaq atası  korrupsiyaya etdiyinə görə hərbi zabit olmaq arzusunu dayandırmağa məcburdur.. Bundan əlavə, bir səhv başa düşülmə nəticəsində ən yaxın dost Seo Hwi (Yang Se-Jong) ilə düşmən olur.

Serialın rejissoru   “Just Between Lovers”, “The Package”, “Wonderful Days” ve “Nice Guy” (“The Innocent Man”) serialların çəkmiş  Kim Jin-Won olacaq, ssenaristliyini isə “Inspiring Generation” ve “Master: God of Noodles” serialların yazan Chae Seung-Dae edəcək

Serialın ilk bölümü 2019-cu ilin ikinci yarısında yayımlanacaq.

 

Əliyeva Simuzər

Mən Əliyeva Simuzər~
Hansamo-Koreyasevərlər təşkilatının üzvü."hansamo.az" saytında yazar və redaktor. fb/koreyasevərlər qrupu moderatoru. Həmçinin @koreyaseverler Facebook səyfəsinin admini. @koreya_gram instagram hesabının idarəçisi
Əlaqə: simialiyeva@gmail.com / simuzar.aliyeva@hansamo.az
FB. Simzar Aliyeva
Instagram @simujjxx
Youtube:Simi JJ Aliyeva
Əliyeva Simuzər