//Wonho-nun Dispatch ilə olan müsahibəsi + çətin uşaqlıq illəri və ittihamlar

Wonho-nun Dispatch ilə olan müsahibəsi + çətin uşaqlıq illəri və ittihamlar

Dispatch Wonho ilə fevral ayında apardıqları müsahibəni paylaşdı.
Wonho:

“Heç narkotik çəkməmişəm. Polis araşdırır. Əgər günahsız olduğum məlum olarsa, xahiş edirəm onda hekayəmi paylaşın.”

Polis martın 10-u Wonhonun istintaqını yekunlaşdırdı və Wonhonun günahsız olduğu məlum oldu.Wonho narkotikdən istifadə etməmiş, sadəcə medyanın qurbanına çevrilmişdi. Dispatch verdiyi sözü tutaraq, Wonhonun hekayəsini paylaşdı.

“O günlərdə xoşbəxt deyildim”

Müxbir: Sanbon-dong, Gunpo-si, Gyeonggi-do-da kirayə bir mənzil. Kiçik bir yer. Sadəcə qonaq otağı və bir yataq otağından ibarət. Orada nənəsi ,atası, anası və kiçik qardaşı ilə birlikdə yaşayan Wonho. Kasıblıq.

Wonho:

“20 yaşına qədər kiçik bir kirayə mənzildə yaşamışam. Nənəm otaqdan istifadə edirdi. Atam, anam, qardaşım və mən qonaq otağında yeyib, içib, yatırdıq. O vaxtlar kasıb olub olmadığımızı dərk etmirdim.”

Müxbir: Sonra Wonho ibtidai sinifə daxil olur. Dostları ilə yaxşı münasibət qura bilmir. Davalar təkrarlanır. Wonho utancaq və çəkingən uşaq olub…

Wonho:

“Hər gün mənə lağ edirdilər, cansıxıcı günlər keçirirdim. Dostlarım mənə nifrət edirdi. Əslində xatırlamaq istəmədiyim daha çox xatirələr var. Bir sözlə, məni incidirdilər.”

Müxbir: Əlbətdəki Wonho evdə də xoşbəxt deyildi. Valideynləri hər gün dalaşırdı. Pul yox idi. Wonho çöldə çox vaxt keçirirdi. Sonra qonşuluqdakı biri ilə qarşılaşır və onu izləməyə başlayır…

“Pislik daha yaxşı idi”

Müxbir: O vaxtlar zorbalıq yox idi. Daha çox özündən qaçma istəyi var idi. Wonho dostlarının narahat olmasını sevirdi.

Wonho:

“Bir gün pilləkənlərdən düşərkən mənə zorbalıq edən dostumla qarşılaşdım. Bir anda ağlamağa başladım və mənə “bağışla Hosok”-dedi.

Wonho zorbalıqdan qaçırdı ancaq xoşbəxt deyildi. Vəziyyət davam edirdi və həmçinin davalarda… Sonunda xarakteri dəyişməyə başladı və yuxarı sinifə qalxdıqca xasiyyəti dəyişərək pisləşdi.

“Həmin gün belə ailəm dava edirdi. Qəflətən nəfəssiz qaldım. Evdə daha ümid işığı görmürdüm. Evdən çıxdım. O vaxtlar ailəmin dəyərini bilmirdim..”

Müxbir: Evdən bayırda daha təhlükəli idi. Wonho yeni dostlarla gəzməyə başlayır. Etməməli olduğu şeyləri edir. Bəzi dostları oğurluqda ittiham olunaraq, uşaqlar həbsxanasına yerləşdirilir. Wonho da nəzarət altında saxlanılır.

Wonho:

Dostlarımı günahlandırmaq istəmirəm. Onlarda mənim seçimim idi. Bəhanə kimi səslənə bilər amma yetkin biri deyildim. Bu mənim səhvimdi. Üzr istəyirəm.

“Bir xəyalım var”
Müxbir: Wonhunun uşaqlığı çətin keçib. Güclü bir külək, güclü bir dalğa idi uşaqlığı. Sonra Jung Da-eunu tanıyır. O vaxtlar sadəcə 11ci sinifdə oxuyur.

“Bir-birimiz ilə yaxınlaşdıq. Həm də modellik etməyə başladıq. Daeun mənə çox köməklik etdi. Məni müğənni ola bilmək üçün cəsarətləndirdi.
20 yaşına kimi Wonho yəni Lee Hoseok çox sərt idi. Doğrulara küskün idi. Ancaq Wonho və Lee Hoseok dəyişdi. Gərçəklərin üzərinə getməyə başladı. Artıq oyanırdı.

“Dostlarımın dəli kimi çalışdığını görürdüm. Hamının bir xəyalı vardı. Utanırdım və əsəbi idim. O vaxt özümə söz verdim. Daha həyatımı boşuna yaşamayacaqdım.

Müxbir: Wonho gecə gündüz çalışırdı. Tək məşq etmək üçün bir yerə ehtiyacı vardı və o, pilləkənlərə tərəf qaçdı. Pilləkənlərdə rəqs etməyə , qaçmağa başladı.

Wonho:

“Stajer olduğum üçün bütün gecə rəqs edirdim və mahnı oxuyurdum. Çətin deyildi çünki bir gələcəyim var idi. Ümidim var idi. Xoşbəxt idim və qrup həyatından zövq alırdım.

“Keçmiş yolunu kəsdi”

Müxbir: 2015-ci ildə ilk çıxışını Monsta X ilə etdi. Qrupu Koreyada 12 albom yayımlandı. Avropa, Amerika və Asyada tanındı. 3 dəfə arxa arxaya Billboardda yer aldı.
2019-cu ildə Wonho gələcəyə doğru qaçmağa başladı. Amma keçmiş onu ayaq biləklərindən tutaraq geri çəkdi. Borc mübahisəsi yarandı və keçmişdəki nəzarət müddəti ortaya çıxdı. Polis Wonhonun narkotiklə bağlı olan iddialarda günahsız olduğunu açıqladı.

Wonho:

“Mənim səhvim idi. Təbii ki heç nəyi geri qaytarmaq mümkün deyil. Mənlə eyni mühitdə olan hər kəs olduğum yerdən çölə çıxırdı. Nəzarətdə saxlanıldığım üçün çox şeyi yansıdırdım.”

Wonho keçmişdə olan hər şeyi qəbul edir, səhvini başa düşürdü. Ancaq narkotik iddialarını qətiyyətlə rədd edirdi. Narkotikə əlini belə vurmayıb.
Wonho:

“Keçmişdəki səhvlərimi qəbul edirəm amma heç vaxt narkotik ahudəçisi olmamışam. Polis də bunu açıq şəkildə açıqladı.”

Müxbir: Polis beş aydan artıq müddətdirki çəkən istintaqını yekunlaşdırdı və iddiaları rədd etdi. Polis hər cür narkotik testi etdi və heç bir nəticə pozitiv çıxmadı. Qanında heç bir maddə tapılmadı.

“Sənə zərər vermək istəmirdim”

Müxbir: Wonho keçən oktyabr ayında Monsta X-dən ayrıldı.

“Üzvlər mənim kimi biri üzündən zərər görürdü. Üzvlərin mənlə heç bir əlaqəsi yoxdu. Monsta X-in güclü olmasını istəyirəm.”
“Yeni bir albom hazırlamışdıq. Monsta X-in mənə görə çökməsinə nifrət edirdim. Zərəri ola bildikcə tez qarşılamaq istəyirdim.”
Qərarımın arxasındakı digər səbəb isə “Monbebe” idi.
Əminliklə deyə bilərəm ki “Monbebe” ilə tanışdıqdan sonra tamamilə dəyişdim. Sevilmənin necə nir hiss olduğunu öyrəndim. Daha gözəl günlər yaşamaq istədim.”

Müxbir: Wonho konsert vaxtı belə fanatları ilə 3-4 saat söhbət edirdi.
Wonho:

“Əslində ilk dəfə idi ki belə isti münasibət hiss edirdim. Buna görə də onlara xəyal qırıqlığı yaşatmaq istəmədim. Sadəcə fanatlarımın sevdiyi şeyi etmək istəyirdim. O sevgiyə yenidən dönmək istərdim amma….”

“Hər nə olsa da üzr istəyirəm.”

Müxbir: Keçmiş üzə çıxdı. Nə edə bilərik ki? Sadəcə geri çəkildi. Bunun ən azından fanatları ən az incitmənin yolu olduğunu düşündü.

Wonho:

“Fanatlara söz verdiyim bir çox şey vardı. Həmişə orda olacağımı demişdim. Bu cür ayrıldığım üçün üzr istəyirəm. Sadəcə fanatlarla yaşayırdım..

Bunun qaçınılmaz olduğunu açıqladı.Wonho:

“Keçmiçdə Ho-seok olaraq, indi isə Wonho olaraq yaşayıram. Bunlar Ho-seokun etdikləri idi ama məsuliyyəti Wonho aldı. Elə deyil?”

Müxbir: Wonho bir müddət evdən çıxmadı. Ətrafında hər hansı bir xəsər olub olmadığı ilə maraqlandı. Bu ərəfədə də narkotiklə bağlı ittihamlandırıldı. Ancaq Wonho şanslı olduğunu dedi.

“Hələ də fanatları unutmamışam. Əksinə peşmanlıq hiss edirəm. “Biraz daha yaxşısını edə bilərəm?” Sadəcə olanlar üçün üzr istəyirəm.

Elmina Səfərova