//WINNER-dən Kim Cin U(Kim Jin Woo) gələcək iş və sevgili planları haqqında danışdı

WINNER-dən Kim Cin U(Kim Jin Woo) gələcək iş və sevgili planları haqqında danışdı

Solo debütü üçün verdiyi reportajda, WINNER-dən Kim Cin U (Kim Jin Woo) 20-li yaşların sonlarına doğru karyerası və gələcək münasibəti ilə bağlı fikirlərini bölüşdü.

Kim Cin U hazırda Koreya yaş sisteminə görə 29 yaşındadır. “Düşünürəm ki, həqiqətən də 20-li yaşlarımı yaxşı keçirmişəm.” dedi. “Bəzi eniş-yoxuşlar oldu, amma dözmək üçün çox çalışdıq qrupla bir araya gəldik və çox çalışdıq, buna görə yaxşı oldu.”

İlk dəfə debüt etdiyi(qrupla), hətta estrada şoularına getdiyi və indi solo debüt etdiyi zamanla müqayisədə  daha çox inam qazandığını bildirdi. Kim Cin U-nun 20 yaşındakı son hədəfi bir filmdə görünməkdir.

Kim Cin U :”Mən həmişə aktyorluğu sevirdim” deyə bildirib. “İnternet serialı çəkməyə çalışdım, amma təcrübə otağında dərs almaq və dəst-xəttə diqqət etmək fərqli şeylər idi. Mən də bir dram çəkmək istəyirəm, amma hazırlıq vaxtı az olduğundan güvənim yoxdur. Bir film çəkərkən daha çox hazırlıq vaxtı lazımdır. İndi lazımi vaxtım var buna görə ətraflı şeylər göstərə biləcəyimi düşünürəm. Mən saf görünən şeyləri sevmirəm, ona görə də qaranlıq olan bir janrda rol almaq  istəyirəm, səssiz triller kimi. Görünüşümü dəyişdirmək istədiyimdən deyil, sadəcə təsirli olacağını düşünürəm, çünki gözlənilməz bir şey olacaq.”

Son vaxtlar Kim Cin U dronlara çox maraq göstərir. Sertifikatlaşdırma üçün yazılı imtahandan keçib və praktik sınağı yaxınlaşır. Xaricə gedəndə dron gətirməyi planlaşdırdığını bildirdi.

Kim Cin U-dan gələn il məcburi hərbi xidmətə çağırıla biləcəyi üçün, WINNER-in gedərkən boş yerini necə dolduracağını haqqında soruşulub. O, üzvlərib solo fəaliyyət göstərə biləcəyini söylədi və əlavə etdi: “WINNER-in gələcək fəaliyyətləri ilə bağlı hələ heç bir qərar verilməyib.”

Açıqca gələcək münasibəri ilə bağlı bir planının olub olmadığını soruşduqda, Kim Cin U dedi: “Mən hərkəsə açıq görüşməyi pis bir şey kimi düşünmürəm.” O izah etdi: “İdollar üçün münasibət gizli ola bilər, amma mən açıq şəkildə münasibətimi bildirərdim.”

İdol olmasına baxmayaraq, xalqla açıq münasibətə müsbət baxmasının səbəbi soruşulduqda Kim Cin U, “Başqalarının münasibətini açıqladıqdan sonra təbrik edildiyini gördüm və düşündüm ki belə daha yaxşı olardı.”

Bu barədə agentliklə olan danışıqları soruşulduqda, Kim Cin U hələ münasibətinin olmadığını söylədi. “Mənim münasibətim olsa idi, mən onda getməli idim. Xalqa açıq şəkildə görüşmək yalnız mənim arzumdur” dedi və güldü.

Kim Cin U WINNER-in hələ də bir yataqxanada necə yaşadığından danışdı. “Düşünürəm ki, ayrı yaşamaq yaxşı olmaz. Birlikdə olmaq daha yaxşıdır. Fikirləşirəm ki, digərləri də mənim kimi hiss edirlər. ”

Xatırladaq ki, Kim Cin U avqustun 14-də Song Mino-nun da yer aldığı “Call Anytime” ifası ilə solo debüt etdi.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova