//WINNER-dən Kanq Sınq Yun (Kang Seung Yoon) xəstəxanaya qaldırıldı + İnkigayo çıxışı ləğv olundu

WINNER-dən Kanq Sınq Yun (Kang Seung Yoon) xəstəxanaya qaldırıldı + İnkigayo çıxışı ləğv olundu

İyun ayının 2-si WINNER-dən Kanq Sınq Yun boyun fəqərəarası disk yırtığı diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Nəticədə Winner bu gün baş tutacaq olan SBSİnkigayo” verlişində iştirak edə bilməyəcək. Bununla bağlı YG Entertainment açıqlama yayımlayıb:

Salam. Bu YG Entertainmentdir.

Təəssüflər olsun ki, Winner bu gün SBS-nin “İnkigayo” canlı yayımında iştirak edə bilməyəcək.

Məşq zamanını gözləyərkən Kanq Sınq Yun boynunda fəqərəarası disk yırtığı simptomlarını hiss etdi və yaxınlıqdakı xəstəxananın təcili xidmətinə göndərildi.

Kanq Sınq Yun pərəstişkarlarına olan sözünü tutmaq istəyirdi, ancaq şirkət və nümayəndələrin məsləhəti ilə bu günkü “İnkigayo” yayınına qatılmamağa qərar verildi.

Bu gözlənilməyən hadisə ilə bağlı ən düzgün qərar xəstəliyinin daha da şiddətlənməməsi üçün tədbir görmək və müalicəyə diqqət yetirməkdir.

Bu gün Winnerin canlı performansını gözləyən pərəstişkarlardan və izləyicilərdən üzr istəyirik. Kanq Sınq Yunun ən qısa müddətdə sağalması üçün əlimizdən gələnin ən yaxşını edəcəyik.

Anlayışınızı gözləyirik.”

Daha sonra Kanq Sınq Yun şəxsi twitter hesabından açıqlama yayımlayıb.

Kanq Sınq Yun:

Narahatcılığınıza səbəb olduğum üçün məyusam…Bu gün “İnkigayo” performansına və pərəstişkarlarıma qatılmaq istəyərdim. Ancaq veriləcək ən düzgün qərar tez bir zamanda sağalmaq və digər fəaliyyətlərimizə təsir göstərməməkdir!! Bu andan etibarən bədənimə yaxşı baxacağam və Inner Circles-i narahatlandıracaq vəziyyətləri yaratmaqdan qaçınacağam!!”

 

TAGS:
Elmina Səfərova

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və Bigbang fanıyam.Hal hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova