//WINNER-dən İ Sınq Hun(Lee Seung Hoon) BTOB-dən İlhun(Ilhoon) və melodilərdən üzr istədi

WINNER-dən İ Sınq Hun(Lee Seung Hoon) BTOB-dən İlhun(Ilhoon) və melodilərdən üzr istədi

WINNER-dən İ Sınq Hun MBC-nin “İdol Radio” verlişində BTOB-dən Ilhuna qarşı etdiyi hərəkət üçün üzr istədi.

Proqram zamanı Ilhun İ Sınq Huna sual verir və İ Sınq Hun əlindəki kağızları Ilhunun başına zarafatla vurur.

İ Sınq Hun, İlhundan 2 yaş böyük olmasına baxmayaraq BTOB, WINNER-dən iki il qabaq çıxış etdiyi üçün Ilhun Sınq Hunun sonbesi sayılır.

Cənuni Koreyada hörmət və mədəniyyət qaydaları sərt olduğundan netizenlər İ Sınq Hunun hərəkətinin yaxşı olmadığını və üzr istəməli olduğunu bildirdilər.

Buna cavab olaraq İ Sınq Hun tvit ataraq : “Bu gün “İdol Radio” proqramını əyləncəli etməyə çalışarkən Conq Ilhun sonbemin başına vurdum və bunun üçün üzr istəyirəm. Həmçinin, gördüklərindən zərər çəkən Melodilərdən də üzr istəyirəm. Gələcəkdə daha diqqətli olacağam.” -bildirib.

Elmina Səfərova

Mən Səfərova Elmina 2013-cü ildən Koreya və BIGBANG pərəstişkarıyam.Hal-hazırda Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Elmina Səfərova