Baş rollarını aktyor Cunq Kyonq Ho (Jung Kyung Ho) və Park Sunq Vunq (Park Sung Woong) oynayacağı “When the Devil Calls Your Name” serialının ilk fraqmenti yayımlandı. Serial ruhunu şeytana satan, məşhur bəstəkardan bəhs edir. Karyerasının məhv olduğunu görən bəstəkar, şeytan ilə razılığa gəlir və başqa insanların bədəninə girərək onların həyatını özünə uyğun dəyişməyə çalışır. Bu dəyişiklik ancaq öz xeyrinə olur. Yayımlanan fraqmentdə klassik musiqi səslənir. Gitara odda yanmağa başlayanda, şeytan öz əlini uzadaraq “ruhunu satmaqla bağlı müqavilə” sözlərinə ekrana gəlir və həmin sözlərə qırımız möhür vurulur. Daha sonra arxadan bu sözlər səsələnir “müqavilə iyulda bağlanıb” və özünə tərəf çəkən şeytanın əli bəstəkarı oda aparmağa çalışır. Fantastik janrda çəkiləcək olan serial tvN kananlında yayımlanacaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020