//Vyetnamlı tələbə sevimli aktyor Ci Çanq Vukun (Ji Chang-wook) xeyirxah əməlindən bəhs etdi

Vyetnamlı tələbə sevimli aktyor Ci Çanq Vukun (Ji Chang-wook) xeyirxah əməlindən bəhs etdi

 

Koreyada oxuyan vyetnamlı tələbə şəxsi Instagram səhfəsində sevimli aktyor Ci Çanq Vuk (Ji Chang-wook) haqqında maraqlı xəbər paylaşıb. Tələbə qızın verdiyi məlumatda deyilir ki, o, aprel ayının 16-da mədəniyyət mərkəzi hesab olunan Kvanlim bölgəsinə, “Shinheung military academy”-nın təşkil etdiyi hərbi musiqi tədbirində iştirak etmək üçün yola düşür. Tədbir bitdikdən sonra o, və rəfiqəsi sevimli aktyora hədiyyə vermək üçün onu bayırda gözləyiblər. Özüdə bilmədə pul kisəsini sevimli aktyorun hədiyyə çantasının içərisinə qoyan qız, bunun fərqinə iş işdən keçəndən sonra varır. Belə ki, aktyor onların olduqları yerdən çoxdan uzaqlaşmış olur. İki gündən sonra aprel ayının 18-də polis idarəsindən tələbə qıza zəng gələrək, onun pul kisəsinin tapılması haqqında xəbər verilir. Tələbə pul kisəsini açanda, içərisində aktyor tərəfindən yazılan məktuba rast gelib. Məktubda belə yazılıb: “Siz yəqin ki, çox təəcüblənmisiniz. Xahiş edirəm pul kisənizdən muğayat olun. Hədiyyəniz üçün sizə minnətdaram. Növbəti görüşə kimi hələlik!”.