Polis sentyabr ayının 21-də müğənnin ölü cəsədini şəxsi evində tapıb. Ölümün səbəbləri haqqında ictimaiyyətə dəqiq məlumat verilməyib. Müğənninn şəxsi agentliyi “Downtown E & M” tərəfindən verilən məlumatda belə deyilir: “U Heminin ölümü bizi də təəcübləndirdi. Biz hələ də buna inana bilmirik. Sentyabr ayının 20-si tarixində, gece saatlarına kimi biz, birlikdə olmuşuq. Daha sonra o, bizdən ayrıldı, evinə yollandı. Biz isə yeni mahnının klip çəkilişlərinin düzəlişləri ilə məşğul idik. Daha sonra sırf klip ilə bağlı ona nə qədər zəng etdik amma ondan heç bir cavab ala bilmədik”. Xatırladaq ki, müğənni U Hemi ilk dəfə 2012-ci ildə Mnet kanalının “Voice Korea” adlı müsabiqəli verlişinin qonağı olub. Elə həmin verlişdən sonra o, məşhurlaşıb. O, Koreyanın dörd ən yaxşı vokal səsindən biri hesab olunurdu. Səhnədə МиУ ləqəbi ilə çıxış edirdi. 2019-cu ilin avqust ayının 19-da o, ilk mini albomunu yayımlamışdı. Və hələ 31 yaşında idi.
Hansamo ailəsi adından onu sevənlərə baş sağlığı diləyirik. ALLAH ailəsinə və onu sevənlərə səbr versin.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020