//“VIP” serialının video tizrı yayımlandı

“VIP” serialının video tizrı yayımlandı

 

SBS kanalının oktyabr ayında yayımlanacaq olan VİP serialının video tizrı yayımlandı. Serialın süjet xətti alış-veriş mərkəzinin VİP müştərilər ilə işləyən ailəli cütlükdən bəhs edir. Onlar şəxsi həyatlarında ər və arvad olmaqlarına baxmayaraq iş prossesində sankı iki ayrı-ayrı bir-birinə yad insanlardırlar. Hər ikisinin məqsədi müştərilərinin istəyini doğrultamaq, onları razı salmaqdır. Bunun üçün onlar diz çökməkdən belə nə lazımdırsa hər şeyi etməyə hazırdırlar. Günlərin bir günü qadın naməlum məktub alır və öz özünə bu sualı verir ” Olubmu ki, siz tamamilə tanıdığınız insanı birdən tanımadığınızı hiss etmisiniz?” . Yayımlanan video tizrin sonunda cütlük qulağında telefon tutaraq şübhə və həyəcan dolu baxışlarla bir-birinə baxırlar. Sözü gedən serialın baş rol qəhrəmanları məşhur aktrisa Canq Na Ra (Jang Na-ra) və İ Sanq Yundur (Lee Sang-yoon).