//“Vagabond” serialının çəkilişlərinə, sentyabr ayında başlanacağı elan olundu

“Vagabond” serialının çəkilişlərinə, sentyabr ayında başlanacağı elan olundu

 

Serialın baş rollarını, aktyor Li Sunq Qi (Lee Seung Gi) və Syuzi oynayacaq. SBS kanalında yayımlanacaq olan serialın sujet xətti, dünya məşhuru aktyor olmaq istəyən baş qəhrəmanın həyatından bəhs edəcək. Aktyorun həyatı avia-qəzadan sonra tamamilə dəyişir. O öyrənir ki, həmin qəza planlı şəkildə baş verib. Bunu öyrənən aktyor öz bildiyi formada, bu hadisəni araşdırmağa başlayır. Nəticədə o, böyük miqyasda korrupsiyanı aşkarlayır. Digər tərəfdən anasının və atasının ölümündən sonra, adi dövlət işçisi olmaq istəyən qızdan bəhs edəcək. Son nəticədə o, da öz istədiyi işlə deyil başqa işlə məşğul olmalı olur. Milli Kəşfiyyat Xidmətinin gizli agentinə çevrilən baş qəhrəman və cinayətin üstünü açmağa çalışan aktyor bir-biriləri ilə üz-üzə dayanmalı olacaqlar. Bundan sonra hadisələr necə cərəyan edəcək biz hələ ki, bilmirik.