//Um Te Qo, Çon Ho Cin və Esom “Save Me” serialının 2-ci mövsümündə

Um Te Qo, Çon Ho Cin və Esom “Save Me” serialının 2-ci mövsümündə

Um Te Qo, Çon Ho Cin və Esom “Save Me” serialının 2-ci mövsümündə baş rol olaraq yer alacaq.

Serial ilk mövsümün davamı olacaq, lakin serialın əsas heyəti tamamilə dəyişəcək. Serialın ikinci mövsümündə tamaşaçıları yeni oyunçular, yeni xarakterlər və yeni hekayələr gözləyir.

Serial ilk mövsümdə olduğu kimi, insanların dini hisslərini istismar edərək, kiçik bir qəsəbəni xaosa sürüyən saxta bir dini təriqətdən bəhs edir.  “Wolchoori” qəsəbəsinin sular altında qalacağı açıqlandıqdan sonra orada mülkü olan insanlara təzminat veriləcəyi xəbəri yayılır. Bunu eşidən Kim Min Çol (Um Te Qo) məmləkətinə geri dönər. Ancaq burada qəsəbənin yerlisi olmayan bir neçə insanla qarşılaşır və bir qəribəlik hiss edir.

Um Te Qo serialda həbsxanadan çıxmış məhbus olan Kim Min Çol xarakterini canlandıracaq. Məktəb illərində ümid vəd edən bir cüdo idmançısı idi. Ancaq bir gün, sahib olduğu güclü ədalət duyğusu üzündən bir hadisənin içinə daxil olur və buna görə həbsxanaya girib çıxar.

Çon Ho Cin serialda “Wolchoori” qəsəbəsində dini bir təriqət qurmağa çalışan Çoi Kyonq Sok xarakterini canlandıracaq. Üzündəki gülümsəməsi ilə yaxşı bir adama bənzəyir. “Wolchoori” qəsəbəsinin yerlisi olmadığı üçün ilk vaxtlar qəsəbə sakinləri ona inanmaz. Ancaq təzminat almalarında qəsəbə sakinlərinə kömək edincə onların inamını qazanmağa başlayar.

Esom serialda Kim Min Çolun (Um Te Qo) bacısı olan Kim Yonq Sun xarakterini canlandıracaq. Tibb bacılığını oxuyur və yaşadığı həyatı sevmir. Buna görə ən böyük məqsədi qısa vaxt ərzində “Wolchoori” qəsəbəsini tərk etməkdir. Bir gün keşiş olan Sonq Çol Vo (Kim Yonq Min) ona yaxınlaşır.

Ayrıca serialda oynamaq üçün Han Sun Hvaya təklif verilib. Əgər təklifi qəbul edərsə serialda Kim Min Çolun (Um Te Qo) ilk eşqi olan Qo In Ah xarakterini canlandıracaq.

Serialın rejissor kreslosunda  “Door Lock” filminin rejissoru Le Kvon oturur.

Serialın ilk seriyasının bu ilin May ayında nümayiş etdirilməsi planlaşdırılır.