//Ukraynanın “Орёл и решка” verlişi, Seul buraxılışında k-pop musiqisini tənqid etdi!

Ukraynanın “Орёл и решка” verlişi, Seul buraxılışında k-pop musiqisini tənqid etdi!

Səyahət verlişi sayılan “Орёл и решка”nın 26 mart tarixli buraxılışı, Seula həsr olunmuşdur. Bu dəfə ki, buraxılış Cənubi Koreya həyatından, “Dünyanın ən dəbli paytaxtı” Seul haqqında idi. Verlişdə Koreya kosmetikası, delikatesləri, xüsusəndə Koreya musiqisi olan, k-pop haqqında danışıldı. Hamının sevimlisi Kim Hyun Cunq (Kim Hyun Joong) da, verlişdə yer aldı.

Amma bu dəfə ki, buraxılış bir çoxlarının narazılığına səbəb olub. Hətta xüsusi aksiya təşkil olunaraq, petisiyaya (Məsul ictimai ərizə) verilmişdir. Belə ki, verliş boyu aparıcılıarın k-popçuları tənqid etməsi, icazə almadan adi insanları videoya çəkməsi, onları çoxlu içki içməkdə ittiham etməsi, Koreya vətəndaşlarının psixologiyası haqqında hörmətsiz fikirlər irəli sürülməsi, əhalinin xüsusəndə k-popçuların plastik əməliyyat elədiklərini nümayiş etdirməsi, onları “kukla” adlandırması bir çox insanların hiddətlənməsinə səbəb olmuşdur. Bu cür  hörmətsiz yanaşma, ələ salırmış kimi ifadələr işlətmək, bir çox Koreya sevərlərin xüsusəndə k-popçuların xoşuna gəlməyib. Deyilən hər bir hörmətsiz ifadəyə cavab verilməsi üçün change.org saytı vasitəsi ilə The Wave istifadiçiləri “Орёл и решка” adı altında petisiya təşkil ediblər. Petisiyada aparıcıların, proqramın rəhbərlərinin “böhtana cavab verin!” şüarını tələb edirlər. Məqalə çap olunandan, bu saata kimi 14 000 insan petisiyaya qoşulub. Petisiya haqqında aşağıdakı linkdən tanış ola bilərsiz.

https://www.change.org/p/%D0%BE%D1%80%D1%91%D0%BB-%D0%B8-%D1%80%D0%B5%D1%88%D0%BA%D0%B0-%D0%BE%D1%82%D0%B2%D0%B5%D1%82%D1%8C-%D0%B7%D0%B0-%D0%BA%D0%BB%D0%B5%D0%B2%D0%B5%D1%82%D1%83

Fikirlərinizi bizimlədə bölüşün. Bəs siz necə düşünürsünüz?