//Om Ci Von fantastik janrındakı yeni bir serialda rol alacaq

Om Ci Von fantastik janrındakı yeni bir serialda rol alacaq

Uhm Ji-Wonun MBC`nin “Spring Must Be Coming” adlı yeni serialında rol alacağı açıqlanıb.

30 Oktyabrda, serial mühitindən bir mənbə, Uhm Ji-Wonun, MBC`nin Çərşənbə & Cümə serial qurşağında yayımlanacaq olan “Spring Must Be Coming” adlı yeni bir serialda qadın baş rol obrazını canlandıracağını bildirib.

Serial, başqa bir adam ilə bədəni yer dəyişəndən sonra öz həyatından tamamilə fərqli bir həyatı yaşamağa başlayan bir qadının ətrafında dönür.

Uhm Ji-Won əgər təklifi qəbul edərsə, təxminən bir il yarım sonra iştirak etdiyi ilk serial olacaq. Aktrisa ən son SBS`in “Falsify” serialında rol almışdı.

Serialın prodüserliyini JS Pictures şirkəti öhdəsinə götürərkən, serialının rejissor kreslosunda “Can You Hear My Heart”, “Arang and the Magistrate”, “When a Man Loves” və “Splendid Politics” seriallarının rejissoru Kim Sang-Ho oturur.

Serialın ilk seriyasının Yanvar 2019da yayımlanması planlaşdırılır.(guneykoresinemasi.com)

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli

Latest posts by Ləman Həşimli (see all)