//TXT qrupu MOA-lar sayəsində ianə edir

TXT qrupu MOA-lar sayəsində ianə edir

BigHit Entertainment, 2020-ci ildə TXT-nin rəsmi fanat üzvlüyünü alan pərəstişkarlarından qazandığı pulun bağışlanacağını açıqladı.

“Salam, bu TXT Fan Klubunun meneceri. TXT Rəsmi Fan Klubu adından ediləcək ianə haqqında sizə məlumat vermək istəyirik. Bu ianə TXT-nin rəsmi fanat üzvlüyünü 2020-ci il, 13 yanvar – 22 yanvar tarixində alan, lakin heç bir fan məhsulu almayan (Covid-19 epidemiyası səbəbiylə) şəxslər sayəsində mümkün olacaq. İanə aşağıdakı proqramla ediləcək:

UNICEF “Generation Unlimited (GenU)” Proqramı, Birləşmiş Millətlər Təşkilatının Baş Müdirliyi tərəfindən 2018-ci ildə qurulan beynəlxalq tərəfdaşlıq proqramıdır. Proqramın məqsədi təhsilə və gənc nəslə sərmayə qoymaqdır. Bunu mümkün edən bütün MOA-lara (TXT pərəstişkarlarının adı) sonsuz təşəkkürlər. “

TAGS: