//TXT qrup üzvləri gündəlik həyatlarını necə keçirdir

TXT qrup üzvləri gündəlik həyatlarını necə keçirdir

Mart ayının 6-sı tarixində TXT qrupu özlərinin gündəlik həyatlarını əks etdirən  TALK X TODAY adlı realiti şousunun ilk tizrini ekranlara verib.

Tizrda oğlanların özlərinin çəkdikləri videolar əks olunub. Həmin videoda necə məşq etdiklərini, təmiz havada birlikdə gəzməklərini, musiqi üzərində işləməklərini və başqa gündəlik gördükləri işləri göstəriblər. Bununla yanaşı tizrda  qrup üzvlərinin notebook qarşısında əyləşib altyazı hazırlamaqları və bu an Yoncunun (Yeonjun) “Altyazı yazmaq çətindi” deməsidə var.”

TALK X TODAY-in ilk hissəsi Koreya vaxtı ilə saat 20:00 da V Live kanalında 11 Mart tarixində ekranlara veriləcək. Xatırladaq ki, Big Hit Entertainmentə məxsus olan TXT qrupu ilk dəfə 04 Mart tarixində The Dream Chapter: STAR albomu ilə çıxış edib.

 

 

TAGS: