//“Treadstone” adlı serialın Koreya əsilli aktyorları məlum oldu

“Treadstone” adlı serialın Koreya əsilli aktyorları məlum oldu

 

“Treadstone” adlı Amerikan serialında rol oynayacaq aktyor və aktrisa artıq məlum oldu. Jason Bournenin rejissorluğu əsasında çəkiləcək olan serialın süjet xətti gizli təşkilatlardan və həmin təşkilatların keçirtdiyi təhlükəli əməliyyatlardan bəhs edir. Serialda yer alacaq olan aktyor və aktrisa İ Conq Hyok (Lee Jong Hyuk) və Han Hyo Cudur (Han Hyo Joo). Hal-hazırda serial çəkilişləri səbəbindən hər iki aktyor Budapeşt şəhərindədirlər. Koreyalı aktyor və aktrisanın serialın süjet xəttində önəmli rolları oynadıqları deyilir. Serialın oktyabr ayında, USA Network də yayımlanması planlaşdırılır. Hələlik serialın yayımlanan video fraqmentinə birlikdə baxaq.