//“Train to Busan” davam filmi “Peninsula”nın nümayiş olunacağı tarix açıqlandı

“Train to Busan” davam filmi “Peninsula”nın nümayiş olunacağı tarix açıqlandı

“Train to Busan” davam filmi “Peninsula”nın kinoteatrlarda nümayiş vaxtı məlum oldu.

 Film, “Train to Busan” hadisələrindən sonra xarabalıq bir yerdə canları uğrunda mübarizə aparmaq üçün geridə qalan bir qrup insanın ətrafında baş verən hadisələrdən bəhs edir.

Filmin aktyor heyətində Kang Dong Won, Lee Jung Hyun, Kwon Hae Hyo, Kim Min Jae, Goo Kyo Hwan, Kim Do Yoon, Lee Re və Lee Ye Won yer alır.

“Peninsula” filminin ilk premyerasının 15 iyulda Cənubi Koreyada olacağı təsdiqləndi. 

Bu ayın əvvəlində rejissor və əsas heyət üzvləri film haqqında danışmaq üçün onlayn mətbuat konfransı keçirmişdilər.

Həmçinin, rejissor Yeon Sang Ho, Cənubi Koreya film səhnəsinin çoxdan gözlənilən blokbasterlərindən biridir. Rejissor 73-cü Cannes Film Festivalı “2020 Official Selection” üçün dəvət alıb.

Elmina Səfərova