//“Touch Your Heart” serialının yeni afişaları yayımlandı

“Touch Your Heart” serialının yeni afişaları yayımlandı

Baş rollarını İ Donq Vuk və Yu İn Nanın(Lee Dong-Wook, Yoo In-Na) bölüşdüyü, tvN-in “Touch Your Heart” adlı yeni serialının qrup afişası və 6 obraz afişası yayımlanıb.

Serial, vəkil  olan Kvon Conq Rok (Lee Dong-Wook) ilə məhşur aktrisa Oh Yun Sunun (Yoo In-Na) arasındaki romantik münasibət haqqındadır. Bir şirkət sahibi ailənin oğlu ilə, adı bir qalmaqala qarışan Yon Sunun hayatı alt-üst olmağa başlayar. Ancaq bərbad olan imicini yenidən düzəltməyə və məhşur bir ssenaristin filmində rol almağa qərar verir. Lakin aktrisalığı çox pisdir.. Buna görə roluna yaxşı hazırlaşmaq üçün bir vəkilin yanında işləməyə məcbur olur. Beləliklə rolunu daha yaxşı oynayıb, tamaşaçısını geri qazanmağı planlaşdırır. Bu arada serial, koreyalı yazıçı Yego (Yegeo) tərəfindən yazılan “Reach of Sincerity” adlı bir web romanın əsasında çəkilir.

İ Donq Vuk və Yu İn Na ilə yanaşı dərc olunan afişalarda, Oh Conq Se (Oh Jung-Se), Şim Hyonq Tak (Shim Hyung-Tak), Kim Hi Conq (Kim Hee-Jung), Park Kyonq He (Park Kyung-Hye), Canq So Yon (Jang So-Yeon) və Park Ci Hvan (Park Ji-Hwan) yer alır.

Qrup afişasının şüarı kimi, “Salam! Nə gözəl, ilk dəfə işə gəlmək üçün mükəmməl bir gündür” yazır.

İ Donq Vuk serialda bir hüquq firmasında vəkillik edən Kvon Conq Rok obrazını canlandırır. Tündxasiyyət, təkəbbürlü və soyuq ürəkli biridir. Onun obraz afışasında, “Sənə tək bir şans verəcəyəm. Katibəm olaraq düzgün işləmək şansı” yazır.

Yu İn Na serialda populyar bir aktrisa olan Oh Yun So obrazını canlandırır. Gözəl görünüşü ilə məşhurdur. Ancaq aktyorluq mövzusunda çox pisdir. Onun obraz afişasında, “Kim olduğumu bilirsən, deyilmi? Mən Oh Yun Soyam. Bir kraliçayam. Sənin və kainatın anasıyam” yazır.

Oh Conq Se serialda Kwon Jung-Rok`un (Lee Dong-Wook) çalışdığı hüquq firmasının direktoru olan Yon Jun Kyu obrazını canlandırır. Oh Yun Sonun (Yoo In-Na) sadiq bir fanatıdır.

Son Sung-Yoon serialda bir prokuror olan Yoo Yeo-Reum obrazını canlandırır. Kwon Jung-Rokun (Lee Dong-Wook) ilk məhəbbətidir. Onun obrz afişasında, “Uğurlu olmaq üçün ayağıma gələn bu fürsəti rədd etməyəcəyəm” yazır.

İ Donq Vuk və Yu İn Na ilə birlikdə serialda Şin Donq Vuk, Şim Hyonq Tak və İ Cun Huk (Shin Dong-Wook, Shim Hyung-Tak, Lee Joon-Hyuk) yer alacaq.

İ Donq Vuk və Yu İn Na daha əvvəl  “Goblin” serialında da bir cütlüyü canlandırmışdı.

Serialın rejisssoru  “Let’s Eat”, “Let’s Eat 2”, “Let’s Fight Ghost”, “Because This Is My First Life” və  “What’s Wrong with Secretary Kim” seriallarının rejissoru Park Cun Hva (Park Joon-Hwa) olacaq.

Serialın 2019-cu ilin ilk aylarında yayımlanması planlaşdırırlır.

Ləman Həşimli

Ləman Həşimli

Mən Ləman Həşimli - Hansamo təşkilat qrupunun üzvü və sosial media meneceri.
"Hansamo" jurnalının və Hansamo.az saytının redaktor və yazarı.
Əlaqə: leman.hesimova@hansamo.az
hashimli.laman@gmal.com
Fb/ Ləman Həşimli
IG/ hashimli.leman
Ləman Həşimli