“Big Hit Entertainment” aprel ayının 25-də oğlanlardan ibarət yeni qrup TXT-nin fan-klubunun “YOUNG ONE” / “영원” adlandığını elan etdi. Qeyd edək ki, seçilən bu ad həm qrup üzvlərinin, həm də pərəstişkarların birgə seçimi nəticəsində seçilib. “Young” sözü ingilis dilindən tərcümədə “cavan” mənasına gəlsədə, bu sözün digər mənası “sıfır” deməkdir. Buna görədə seçilən ad “Biz heç kim idik (0), amma birləşib bir olduq (One)” mənasında işlədilir. “영원” bu söz Koreya dilində “əbədi” mənasına gəlir. Bu adın seçilməsi anlaşılmamazlığa səbəb olub. Belə ki, Tiffani (Tiffany) pərəstişkarları, bu ilin sentyabr ayından eyni adla adlandırılıblar. Tiffani (Tiffany) şəxsən özü pərəstişkar görüşündə bu adı elan edərək pərəstiklarlarına belə deyib “Bu əbədi deməkdi, siz dostlar əbədiyyən mənimsiniz”. Tiffani (Tiffany) pərəstişkarları düşünür ki, fan klubların eyni adla adlandırılması yol verilməzdir. Bu səbəbdən “Big Hit Entertainment”dən buna açıqlama verməsini tələb edir. Hətta bəziləri TXT-nin həmin adı başqası ilə dəyişməsini tələb edib. Pərəstişkarlar öz etirazlarını sosial şəbəkələrdə #YoungOneForTiffany adı altında haşteqlər yazaraq bildirib.
Bəs siz necə düşünürsünüz?
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020