//“The Wind Blows” serialının yeni bir fraqmenti yayımlandı

“The Wind Blows” serialının yeni bir fraqmenti yayımlandı

Baş rollarını Kam Vu Sonq ( Kam Woo-Sung) və KimHa Nılın (Kim Ha-Neul) bölüşdüyü, JTBC-nin “The Wind Blows” adlı yeni serialının beşinci fraqmenti yayımlandı.

Serial, Alzheimer xəstəliyinə yaxalandığını öyrənəndə həyat yoldaşının yaxşılığı üçün ondan boşanan bir adamın ətrafında baş verir. Boşanan cütlük 6 il sonra yenidən qarşılaşır.

Serialın rejissor kreslosunda, “Sound of Your Heart 2”, “Bel Ami”, “Flower Boy Next Door” və “Flower Boy Ramen Shop” seriallarının və “Lost and Found” filminin rejissoru Conq Conq Hva oturur.

Serialın ssenaristliyini, “Mrs. Cop” seriyasını qələmə alan Hvanq Cu Ha edir.

Serialın ilk bölümü 27 mayda yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan