KBS2 kanalının sentyabr ayının 30-da yayımlanması planlaşdırılan “The Tale of Nokdu” adlı serialının ilk video və şəkil tizrı yayımlandı. Maraqlı süjet xətti ilə maraq doğuran serial evlənmək istəməyən, imtiyazlı ailənin oğlundan bəhs edir. Ailəsi tərəfindən zorla evləndirilməyə çalışan oğlan, evdən qaçır. Qadın paltarı geyinərək uzaq kəndlərin birinə yollanır. Elə həmin kənddə Don Don Cu adlı bir qızla tanış olur. Təsadüf nəticəsində Don Don Cu bunun oğlan olduğunu öyrənir. Günlərin bir günü baş verən qəfil hadisədən oğlanın həyatını xilas edir. Həmin gündən etibarən cütlük bir il ərzində birlikdə qalmağa qərar verirlər. Bu vaxt ərzində onlar ana-bala kimi birlikdə yaşamalıdırlar. Romantik, komediya janrında çəkiləcək olan serialın baş rol qəhrəmanlarını məşhur aktrisa Kim So Hyon (Kim So-Hyun) və Canq Donq Yun (Jang Dong-Yoon) oynayacaq.
- Conq So Min və Kim Ci Sok “Monthly House” adlı yeni serialın baş rol qəhrəmanları seçildi - 13 Oktyabr 2020
- Suzy və Nam Cu Hyokun “Startup” adlı serialının video tizri yayımlandı - 09 Sentyabr 2020
- Kim Hyon Cunq ilkin tibbi yardım göstərərək həyat xilas etdi - 09 Sentyabr 2020