//“The Secret Life of My Secretary” serialının yeni fraqmenti yayımlandı

“The Secret Life of My Secretary” serialının yeni fraqmenti yayımlandı

Baş rollarını Kim Yonq Kvanq (Kim Young-Kwang) və Cin Ki Cunun (Jin Ki-Joo) bölüşdüyü “The Secret Life of My Secretary” serialının əsas fraqmenti yayımlandı.

Serial, daş qəlbli bir iş adamı olan Do Min İk ilə onun istiqanlı katibi Conq Qal He arasındakı məhəbbət hekayəsindən bəhs edir. Bir gün, Do Min İk bir qəza keçirir və bu hadisədən sonra ona üz korluğu diaqnozu qoyulur. Üzləri bir-birindən ayırd edə bilmədiyi üçün Veronica Park hesab etdiyi Qal-Heye aşiq olur.

Bundan başqa, serialın köməkçi aktyor heyətində Kim Ce Kyonq və Ku Ca Sonq iştirak edir.

Serialın rejissor kreslosunda “Entertainer” və “Judge və s. Judge” seriallarının rejissoru İ Kvanq Yonq oturur. Serialın ssenaristliyini “Divorce Lawyer in Lav” və “Queen of Ring” seriallarını qələmə alan Kim A Conq edir.

Serialın ilk bölümü 6 mayda yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan