//“The Secret Life of My Secretary” serialının yeni bir afişası yayımlandı

“The Secret Life of My Secretary” serialının yeni bir afişası yayımlandı

Baş rolunu Kim Yonq Kvanq (Kim Young-Kwang) və Cin Ki Cunun (Jin Ki-Joon) bölüşdüyü “The Secret Life of My Secretary” serialının qrup afişası yayımlanıb.

Serial, soyuq qəlbli bir adam (Kim Young-Kwang) ilə onun isti ürəkli katibi (Jin Ki-Joo) arasındakı məhəbbət hekayəsini mövzu alır.

Kim Yonq Kvanq serialda “T&T Mobile Media” adlı bir şirkətdə rəhbər kimi çalışan Do Min İk obrazını canlandırır. İşində olduqca uğurludur. Ancaq xaraktersiz biridir. Katibi olmadan getdiyi yeganə yer var, ora da tualetdir. Əlləri və ayaqları sanki yalnız bəzək üçün var və bədənində istifadə etdiyi yeganə yer ağzıdır. O da katibinə müraciət etmək üçündür.

Cin Ki Cu serialda Do Min-Ikin katibi olan Conq Qal He obrazını canlandırır. Min-Ikin istədiyi lazımsız vəzifələri yerinə yetirir.

Yayımlanan plakatın şüarı belədir: “Həqiqət sənlə tanış olduğum an”.

Serialın rejissor kreslosunda “Entertainer” və “Judge və s. Judge” seriallarının rejissoru İ Qvanq Yonq oturur. Serialın ssenaristliyini “Divorce Lawyer in Lav” və “Queen of Ring” seriallarını qələmə alan Kim A Cunq edir.

Serialın mayın 6-si yayımlanması planlaşdırılır.

Behbudzadə Aydan

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan