//“The Most Ordinary Romance” filminin ilk şəkil və video tizri yayımlandı!

“The Most Ordinary Romance” filminin ilk şəkil və video tizri yayımlandı!

 

Romantik, komediya janrında möhtəşəm film yaradan koreyalı rejissorlar yenidən iş başındadırlar. Bu dəfə bizi baş rollarını sevilən aktyor Kim Re Vu (Kim Rae-wo) və Qonq Hyo Cinin (Gong Hyo Jin) canlandırdığı “The Most Ordinary Romance” adlı film gözləyir. Yuxarıda adı yazılmış film Zip Cinema şirkəti tərəfindən istehsal olunur. Filmin süjet xətti sevgilisindən ayrılaraq, ondan əl çəkməyən oğlanla, hər şeydən narazı olan sevgilisindən ayrılmağa çalışan qızdan bəhs edir. Problemli sevgi hekayəsi yaşayaraq, qəlbləri yaralanmış bu iki gənc bir-biri ilə tanışlığından onları bir-birinə bağlayacaq. Filmin paylaşılan şəkil tizrlərində “Səninlə hər şey başqa cür olacaq”, “Təkcə mənə çətindi?” sözləri yazılıb. Filmin bu ilin oktyabr ayında yayımlanması planlaşdırılır.