//“The Lies Within” serialının uzun fraqmenti yayımlandı

“The Lies Within” serialının uzun fraqmenti yayımlandı

Baş rollarını İ Min Ki və İ Yu Yonqun bölüşdüyü, OCN-in “The Lies Within” adlı yeni serialının 5 dəqiqəlik fraqmenti yayımlandı.

Serial, baş verən bəzi hadisələrin pərdə arxasını gün üzünə çıxarmağa çalışan Kim So Hi ilə ona kömək edən bir detektivin ətrafında baş verir. So Hinin atası yol qəzasında həyatını itirir və həyat yoldaşı yoxa çıxır. So Hi, işə təyin olunan detektiv ilə birlikdə sui-qəsdi gün üzünə çıxarmağa çalışır.

İ Min-Ki serialda bir detektiv olan Co Te Şik obrazını canlandırır. Kənardan baxanda soyuq biri kimi görünməsinə baxmayaraq olduqca mehriban və cəsur biridir. Bir vaxtlar cinayətkarları tutmaqda olduqca bacarıqlı olmasına baxmayaraq, sakit və rahat bir həyatın xəyalını qurur. Bu səbəblə, kiçik bir kəndə təyinini istəyir. Ancaq yol qəzasında həyatını itirən bir millət vəkilinin işinə təyin edilir. Bu yol qəzasında şübhəli şeylər olduğunu düşünür.

İ Yu Yonq, serialda, yol qəzasında ölən millət vəkilinin qızı olan Kim So Hi obrazını canlandırır. Atasının ölümünün arxasındakı həqiqəti tapmaq və yoxa çıxan ərini xilas etmək üçün deputat olur.

Serialın rejissor kreslosunda “Heart to Heart”, “Cheese in the Trap” və “Argon” seriallarının rejissoru İ Yun Jonq oturur.

Serialının ilk bölümü oktyabrın 12-də yayımlanacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan