//“The Last Empress” serialı 4 bölüm uzadıldı

“The Last Empress” serialı 4 bölüm uzadıldı

Baş rollarını Canq Na Ra (Jang Na-Ra) və Çoi Cin Hyuqun (Choi Jin-Hyuk) bölüşdüyü SBS-in məşhur serialı “The Last Empressin”in 4 bölüm uzadıldığı açıqlanıb.

Reytinq faizləri olduqca yüksək olan serialın daha yaxşı şəkildə final edə bilməsi üçün serialın ssenari heyəti serialı uzatmağa qərar verib.

Alınan qərarla serial 48 bölümdən 52 bölüməcən uzadıldı. Daha əvvəl serialının final hissəsinin 14 fevralda yayımlanması planlaşdırılırdı. Ancaq serial 4 bölüm daha uzadıldığı üçün 21 fevralda final bölümü yayımlanacaq.

Beləliklə, “The Last Empress” serialı final etdikdən sonra yerinə, çərşənbə və cümə günləri yayımlanacaq olan “Big Issue” serialının ilk yayımlanma tarixidə təxirə salınmış oldu. “Big Issue” serialının ilk bölümü martın 6-da yayımlanacaq.

Behbudzadə Aydan

Mən Behbudzadə Aydan 3 ildən artıqdır ki, koreyasevərlərdənəm, bir çox tədbirlərdə könüllü kimi iştirak eləmişəm. Hansamo.az saytında moderator kimi fəaliyyət göstərirəm.
Behbudzadə Aydan