//“The King: The Eternal Monarch” serialın çəkilişlərinə start verildi

“The King: The Eternal Monarch” serialın çəkilişlərinə start verildi

 

Sports Kyunghyang agentliyi tərəfindən verilən rəsmi məlumatda SBS kanalının 2020-ci ildə yayımlanması planlaşdırılan “The King: The Eternal Monarch” adlı serialın çəkilişləri oktyabr ayının 24-du tarixində (yəni bu gündən) start verildiyi deyilir. Xatırladaq ki, çəkiliş heyəti serialın çəkilişlərinə iki həftə bundan əvvəl başlamalı idi. Amma müəyyən səbəblərdən bu prosses bir qədər gecikdirilib. Serial Çunçixon-Pukto adlanan yerdə baş tutacaq. Aşağıda yayımlanan şəkillərdə çəkilş heyəti və çəkiliş prosesi təqdim olunub.Serialın süjet xətti paralel dünyalardan bəhs edir. Fantastik, detektiv, drama janrında çəkiləcək serialın rejissoru Bek Sanq Hun (Baek Sang Hoon), senaristi Kim In Sukdur (Kim Eun Sook). Serialın süjet xətti haqqında ətraflı buradan oxuya bilərsiniz. Serialın baş rol qəhrəmanları sevilən aktrisa Kim Go In (Kim Go Eun) və hamının sevimlisi İ Min Ho (Lee Min Ho) və Vu Do Hvandır (Woo Do Hwan).