Bu ilin aprel ayında yayımlanan, “The King: Eternal Monarch” serialı paralel dünyadan bəhs edir.
Xarici bir vətəndaş isə serialda bəhs edilən 0 ilə 1 mövzusunu bizə belə izah edir:
3-cü bölümün 43-cü dəqiqəsində İ Qon otel otağının pəncərəsinə bəzi düsturlar yazdı.
Bu düsturun 2-ci sətri olduqca qəribədir (qırmızı dairəyə alınmış hissə).
Göstəriləcək 2 əsas hissə vardır. İlk funksiyası olan A, n-in öz loqarifmasını alır. B funksiyası isə 1/n nisbətindədir.
A-nı İ Qon və B-ni Te Il olaraq düşünə bilərik və ikisi fərqli dünyada yaşayırlar.
A və B eyni qrafikdə belə görünür:
A və B-nin davranışları fərqli olsada, getdikləri yer bəllidir. Artan n ilə birlikdə, paralel xəttlər kimi hərəkət edirlər. Bunu İ Qon və Te Ilın həyatları kimi düşünə bilərsiniz. Öz həyatları və dünyaları var. Paralel xəttlər kimi eyni tərəfə gedirlər kimi görünür ancaq paralel xəttlər heç vaxt kəsişmir.
İ Qonun yazdığı orginal riyazi ifadə də əslində bu haqda idi. A və B sadələşdirilərək belə yazıla bilər:
A v’ B-ni birləşdirsək (AB) belə görünər:
Bu qrafikin bizə göstərdiyi (AB) sərhəddinin 0 ilə 1 arasında olmağıdır. Qrafikdə göründüyü kimi xəttlər 0 və 1 arasında tarazlanıb. Yəni AB, 0 ilə 1 arasında birləşir. İ Qonun yazdığı riyazi düstur təhlil edildiyində hekayəyə dərin məna qatır.
Kim In Suk (serialın ssenaristi) ssenariyə riyazi yön verərək mükəmməl serialın ərsəyə gəlməsinə səbəb olmuşdur.
- So Hyon Cin yeni serialda rol oynayacaq - 11 Dekabr 2020
- “Lovestruck in the City” serialının yeni Fraqmenti yayımlandı - 11 Dekabr 2020
- “Secret Royal Inspector” serialının ilk fraqmenti yayımlandı - 01 Dekabr 2020